Sen 13, 2025 11:39 Asia/Baku

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun işə salınması istiqamətində addımlar atmağa razılaşıblar.

Ermənistan və Türkiyə arasında Normallaşma Prosesi üzrə Xüsusi Nümayəndələr, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç İrəvanda altıncı görüşlərini keçiriblər.Bu görüşdə Xüsusi Nümayəndələr əvvəlki görüşlərdə işlədikləri və razılaşdıqları məsələləri təsdiqlədilər. Onlar 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhəd keçidləri ilə bağlı razılaşmanın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər.

Xüsusi nümayəndələr həmçinin qərara gəliblər ki, hər iki ölkənin müvafiq orqanları Gümrü-Qars dəmir yolu xəttinin bərpası və istismarı üçün lazımi texniki araşdırmalar aparsınlar.

Eyni zamanda ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi Ani İpək Yolu körpüsünün birgə təmiri barədə fikir mübadiləsi aparıblar. Tərəflər heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək öhdəliyini bir daha təkrarladılar.Qeyd edək ki, bu proses Ermənistanla yekun sülh sazişinin hələ imzalanmadığına xatir Azərbaycan tərəfində narahatlıq doğurur.