Ərdoğan:
Dünya ictimaiyyəti İsrailə qarşı daha qətiyyətli mövqe tutmalıdır
Sen 23, 2025 14:33 Asia/Baku
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada deyib: "İsrail iki dövlətli həll yolunu məhv etməyə çalışır və regionda əmin-amansızlığı və qeyri-sabitliyi gücləndirmək ardıncadır. atəşkəs yaradılmalı və İsrail qüvvələri Qəzzə zolağından çıxmalıdır".
Nyu-Yorkda BMT-nin Fələstinlə bağlı konfransında çıxış edən Ərdoğan əlavə edib: "Qəzzə zolağında insanların iztirabları artır və hücumlar davam edir. Netanyahu hökuməti Fələstin dövlətinin qurulmasını qeyri-mümkün etməyi hədəfləyir, lakin Fələstin məsələsi qlobal məsələyə çevrilib".
"Netanyahu hökuməti qonşularına qarşı soyqırım törədir və İsrailin zülmünə qarşı durmaq mənəvi məsuliyyətdir. Dünya ictimaiyyəti İsrailə qarşı daha qətiyyətli mövqe tutmalıdır". - deyə Ərdoğan qeyd edib.