Həsən Ruhani: İslam İnqilabının ideyaları və amalları dəyişilməzdir
https://azeri.sahartv.ir/news/xəbərlər-i47-həsən_ruhani_İslam_İnqilabının_ideyaları_və_amalları_dəyişilməzdir
İİR prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda İslam İnqilabının qələbə çalmasının 36-cı ildönümü gününü bayram edən şəhər əhalisinin böyük toplantısında çıxışı zamanı, İran xalqına bu mərasimdəki əzəmətli iştirakına görə təşəkkür edib və deyib: "Xalqın müstəqillik, azadlıq və İslam Respublikası istəyindən 36 il keçir. Am
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2015 13:53 Asia/Baku
  • sygjhg kj g jg jhg jhg
    sygjhg kj g jg jhg jhg

İİR prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda İslam İnqilabının qələbə çalmasının 36-cı ildönümü gününü bayram edən şəhər əhalisinin böyük toplantısında çıxışı zamanı, İran xalqına bu mərasimdəki əzəmətli iştirakına görə təşəkkür edib və deyib: "Xalqın müstəqillik, azadlıq və İslam Respublikası istəyindən 36 il keçir. Am

İİR prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda İslam İnqilabının qələbə çalmasının 36-cı ildönümü gününü bayram edən şəhər əhalisinin böyük toplantısında çıxışı zamanı, İran xalqına bu mərasimdəki əzəmətli iştirakına görə təşəkkür edib və deyib: "Xalqın müstəqillik, azadlıq və İslam Respublikası istəyindən 36 il keçir. Amma, xalqın ideyası hələ də müstəqillik, azadlıq və İslam Respublikası olaraq qalmaqdadır." Cənab prezident İslam İnqilabının köklərinin, ideya və amalların dəyişilməz olduğunu vurğulayaraq, əlavə edib: Müstəqillik asan əldə edilmir ki, asan da əldən verilsin. "İran xalqı, İraqın İrana qəbul etdirdiyi müharibə dövründə, öz müstəqilliyini müdafiə etdiyi kimi, dünya qüdrətləri ilə müzakirə masasında da öz müstəqilliyi və haqlarını, xüsusilə də nüvə haqqını müdafiə edir" – deyə Ruhani bildirib. İİR prezidenti öz çıxışının davamında İran və 5+1 Qrupu arasındakı müzakirələrdən danışıb və Qərb dövlətlərinə xitabən deyib: "Siz iddia edirsiniz ki, sanksiyalar İran xalqının təslim olmasına səbəb olub. Bəs onda nə üçün sanksiyaları davam etdirmirsiniz? Nə üçün sanksiyaların ləğv edilməsi üçün müzakirə masasının arxasına keçibsiniz? Yalançılığa son qoyun. Öz xalqlarınızla sədaqətli davranın. Deyin ki, böyük İran xalqı qarşısında dünyanın anlaşmadan başqa heç bir çıxış yolu yoxdur. Gəlin, uca səslə dünyaya bildirin ki, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsini istəyirsinizsə, terrorizmin kökünün kəsilməsini istəyirsinizsə, İran İslam Respublikasının iştirakından başqa yol yoxdur." Cənab Ruhani çıxışının davamında deyib: Qərb dövlətləri gördülər ki, İraq, Suriya, Livan və Yəməndə terrorçular qarşısında bu ölkə xalqlarına kömək edən qüdrət, İran İslam Respublikasıdır. İran İslam Respublikası prezidenti bir daha Qərb dövlətlərini xitab qərar verərək, vurğulayıb: Gəlin, həqiqəti xalqa deyin. Bu müzakirələr dünyanın xeyrinədir. Bir şərt ilə ki, İran İslam Respublikasının sizin qarşınıza qoyduğu izzətlə yanaşı olan yolu bir fürsət bilərək, ondan doğru və düzgün formada istifadə edəsiniz.