HƏMAS özünə yeni rəhbər seçdi
https://azeri.sahartv.ir/news/xəbərlər-i413460-hƏmas_özünə_yeni_rəhbər_seçdi
62 yaşlı Yəhya Sinvar şəhid Həniyyəni evəz edir
(last modified 2024-08-07T07:28:45+00:00 )
Avq 07, 2024 08:57 Asia/Baku
  • HƏMAS özünə yeni rəhbər seçdi

62 yaşlı Yəhya Sinvar şəhid Həniyyəni evəz edir

Fələstinin Qəzzə zolağındakı HƏMAS-ın hərbi qanadının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.

Müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.

Bildirilir ki, hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Həniyyənin yerinə Yəhya Sinvar seçilib.

HƏMAS hökumətinin başçısı Əbu İbrahim kimi tanınan Yəhya İbrahim Sinvar 1962-ci il oktyabrın 29-da Qəzzə zolağında anadan olub.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Həniyyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra İsrail rejiminin Tehranda sionist rejimin terroru nəticəsində şəhid olub