İRAN XALQI İSLAM İNQİLABININ 37-Cİ İLDÖNÜMÜ YÜRÜŞLƏRİNDƏ ƏZƏMƏTİNİ BİR DAHA NÜMAYİŞ ETDİRƏCƏK
İRAN XALQI İSLAM İNQİLABININ 37-Cİ İLDÖNÜMÜ YÜRÜŞLƏRİNDƏ ƏZƏMƏTİNİ BİR DAHA NÜMAYİŞ ETDİRƏCƏK
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/12
22 Bəhmən yürüşü dünya mediasında
İran xalqının 22 Bəhmən yürüşündəki milyonluq iştirakı dünya mediasında geniş rezonans doğurub.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İran xalqı bu il də ötən illərdə olduğu kimi 22 Bəhmən yürüşündə geniş iştiraka malik olub və xalqın bu geniş iştirakı beynəlxalq mediaların da diqqətini özünə cəlb edib.
Azərbaycanda Trend xəbər agentliyi bu barədə yazır: Tehran və İranın digər şəhərlərinin əhalisi İslam İnqilabının ildönümü günü olan 11 fevral 2016-cı il tarixində küçələrə axışaraq, İslam İnqilabını himayə üzrə şüarlar verib.
Trend daha sonra yürüş iştirakçılarının əllərində İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə) və İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Seyid Əli Xameneinin fotoşəkillərini daşıyaraq, Amerika və İsrailə ölüm şüarları verdiklərini yazıb.
Frans Press isə yazır: İranlılar İslam İnqilabının qələbə çalmasının 37-ci ildönümü gününü elə bir şəraitdə qeyd ediblər ki, bir neçə həftə öncə İran və dünyanın böyük qüdrətləri arasında nüvə anlaşmasının əldə olunmasının ardınca əllərində üzərinə "Amerikaya ölüm" şüarı yazılmış plakatlar ilə ballistik raketlərin yanında "selfi" çəkdirirdilər.
Almaniya xəbər agentliyi də İran xalqının İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə 22 Bəhmən yürüşündəki milyonluq iştirakına işarə edib və yazıb: İranlılar küçələrə axışaraq, Amerika və İsrailə ölüm şüarları veriblər.
Asoşeyted Press xəbər agentliyi də yazır: İranlılar 1979-cu ildə İslam İnqilabının qələbə çalmasının ildönümü şənliklərinə başlayıblar.
Bu xəbər agentliyi həmçinin, 22 Bəhmən yürüşü ilə bağlı görüntülər yayımlayaraq, soyuq bir qış günü olmasına baxmayaraq, insanların yürüşdə geniş iştiraka malik olduğunu bildirib.
Çin Xəbər Agentliyi "Sinxoa" da yazır: İranlılar küçələrə axışaraq, əllərində İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyni və İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Əli Xamneinin fotoşəkillərini daşıyıb, həmişə olduğu kimi Amerika və İsrailə ölüm şüarı veriblər.
Suriya dövlət xəbər agentliyi Sana da 22 Bəhmən yürüşü ilə bağlı reportajında bildirib ki, İranın hər bir yerində İslam İnqilabının qələbə çalmasının 37-ci ildönümü münasibəti ilə şənlik mərasimləri təşkil edilib. Küçələrə axışan milyonlarla insan əllərində plakatlar, İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) ideyalarına sədaqət şüarları veriblər.
Əl-Məyadin informasiya kanalı da bir reportajda bildirib: İranlılar 11 fevralda küçələrə axışaraq, İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) yolunu davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.
Şərqül Əvsət informasiya portalı da İran İslam İnqilabının qələbə çalmasının ildönümü günündə İranda milyonluq xalq yürüşünün təşkil edilməsinə işarə edib və yazıb: İran İslam İnqilabının qələbə çalmasının 37-ci ildönümü günü münasibəti ilə İranda 5000 nöqtədə əzəmətli xalq yürüşləri təşkil edilib. İnsanlar İslam İnqilabının amallarına sədaqətlərini elan edərək, İslam İnqlabının Böyük Rəhbəri Ayətullah Xamenei ilə əhd-peymanlarını təzələyiblər.
Əlcəzirə və BBC Ərəb informasiya kanalları da İran xalqının 22 Bəhmən yürüşündəki milyonluq iştirakına işarə edərək, insanların ABŞ və İsrail əleyhinə şüarlar səsləndirdiklərini bildiriblər.