Noy 23, 2016 18:21 Asia/Baku

MƏŞHUR MƏDHİYYƏÇİ SƏLİM MÜƏZZİNZADƏ DÜNYASINI DƏYİŞDİ

Verilişin müddəti : 00:04:00

Tarix : 2016/11/23

 

-----------------------------------------------------------------------------

Zakirlər Sultanı fani dünya ilə vidalaşdı

Ustad Səlim Müəzzinzadə Ərdəbili Əhli-Beyt ə-in məddahlarından biridir ki, həzin məlahətli və ilahi səsi yarım əsrdən çoxdur Əhli-Beyt ə aşiqlərinin ürəyini oxşayır.

Ustad Səlim Müəzzinzadə özü deyirdi: 1315-ci günəş ili mehr ayında dünyaya gəlmişəm Ərdəbil vilayətinin Təzəşəhər məhəlləsində.

O, hamısı məddahlar və dini rəvac verənlərdən olan mədəni və məzhəbi ailədə böyümüşdür.

Ustad Səlim Müəzzinzadə özü deyirdi: Mən oxumağı və İran musiqisinin dəstgahlarını və rədiflərini mərhum Şeyx Əbdülkərim Müəzzin Ərdəbili adlanan yəni mərhum atamdan öyrənmişəm.

Ustad Səlim Müəzzinzadə özü deyirdi: Bu boğazım ağamız İmam Hüseyn əleyhissalama vəqfdir.

Bütün rəy sahibləri Zakirlərin Sultanı, Ustad Səlim Müəzzinzadənin səsini və icra formasını İranın məddahlıq tarixində misilsiz adlandırırlar.Xanəndə və musiqi müəllimi Hüsaməddin Sirac deyir: Cənab Səlim, mənim fikrimcə, məzhəbi musiqi sahəsində, pəhləvandır. Və mən onun işlərini görmüşəm. Doğrudan da insan heyrətlənir.

Şair və tədqiqatçı Said Baqiri deyir: Ustad Müəzinzadənin oxumasında zərbahəngin vurğularının, mən həmişə düşünmüşüəm ki, mənalı bir səbəbi vardır. Yəni şerin bir hissəsi bunun baş verməsinə səbəb olur. Sadəcə bir növ hünərin nümayiş etdirilməsi deyil, əksinə onun sənətkarlığıdır.

Ustad Səlim Müəzzinzadə Ərdəbili təkcə İran deyil, bütün islam dünyasının mədhiyyəçilik fəxrlərindən biridir.

Mərhum Müəzzinzadə vəsiyyət etmişdi ki, məni Zeynəb-Zeynəb nəvası ilə dəfn edərsiniz.

Zakirlər Sultanı Ustad Səlim Müəzzinzadə Ərdəbili bu gün səhər 80 yaşında fani dünya ilə vidalaşdı. Və İranın məşhur mədhiyyəçisinin dəfn mərasimi sabah Ərdəbildə keçiriləcək.

 

 

 

Teqlər