İRAN PREZİDENTLİYİNƏ NAMİZƏDLƏRİN NÜVƏ ANLAŞMASI DEBATI - 002
İRAN PREZİDENTLİYİNƏ NAMİZƏDLƏRİN NÜVƏ ANLAŞMASI DEBATI - 002
Verilişin müddəti : 00:04:23
Tarix : 2017/05/08
-----------------------------------------------------------
12-ci İran İslam Respublikası prezidentliyinə 6 namizədin 2-ci tele-debatı ötən gün keçirilib.
Gələcək prezidentin önəmli mövzular və proqramlarını bəyan etdiyi mədəniyyət-siyasət mehvərli bu tele-debat İranın 1-ci telekanalı vasitəsi ilə canlı şəkildə yayımlanıb.
İran İslam Respublikası Konstitusiyasına əsasən, prezidentliyə hər bir namizəd özü və proqramlarını digər namizədlərlə bərabər şəkildə bəyan etmək üçün İran Radio və Televiziyasının tribunasından istifadə etmək imkanına malikdir. Bu məsələ Milli Medianın əhatəli olduğuna görə, vətəndaşların heç bir vasitəçi olmadan müxtəlif namizədlər arasında daha saleh şəxsi seçməsinə imkan yaradır və meydan təbliğat kampaniyaları xərclərinin qarşısını alır.
Radio və Televiziyanın seçkiqabağı təbliğat kampaniyası ilə bağlı müxtəlif ara proqramlarında canlı tele-debatların vətəndaşlar arasında xüsusi yeri vardır. Ötən günkü üç saat yarımlıq tele-debat vətəndaşlara namizədləri daha yaxşı tanımaq imkanını yaratdı.
Ötən günkü debatın önəmli məsələsi Nüvə Anlaşması və prezidentliyə namizədlərin mövzuları idi.
Seyid İbrahim Rəisi "Əhatəli Müştərək Təşəbbüs Proqramını nəzərə alaraq nüvə məsələsi və sanksiyaların aradan qaldırılmasında İran xalqının hüququnun qorunması üçün hansı təsirli yolunuz var? Və onun ABŞ və digər dövlətlər tərəfindən dəfələrlə pozulmasının qarşısını necə ala bilərsiniz?" sualına cavabda deyib:
"Nüvə Anlaşması müzakirələr əsasında, dövlət və izlənilən proses əsasında bu anlaşmanın nöqsanlarına əsasən, yenə də qeyd edirəm, bu anlaşmanın nöqsanları ilə, Kütləvi İnformasiyalar Vasitələrində də bu nöqsanlar təkrar olaraq bildirilmişdir, lakin milli bir sənəd olaraq anlaşma olduğu üçün təbii ki, bu öhdəlik bizim və qarşı tərəf tərəfindən rəsmən diqqət mərkəzində durmalıdır.
O əlavə edib: İslam Respublikası birtərəfli şəkildə öhdəliklərini yerinə yetirib, öncədən ödəmələr edib, hazırda bu sənəd tam bir ödəmə çekidir ki, nağda çevrilməlidir. Mənim qənaətimcə, hökumətin bu iş və bu prosesin icrası zamanı göstərdikləri zəifliklərə görə, bu çekin məbləği alınmalı və nağda çevrilməli idi. Çünki bu iş yerinə yetirilərkən, tam güclü şəkildə həyata keçirilə bilərdi və biz zəiflik göstərməzdik. Bu böyüdülən müraciətlər bizim üçün problemlər yaratdı.
Xalq Dövləti şüarı ilə kampaniyaya addım atan Məhəmməd Baqir Qalibaf da deyib: Sanksiyalar və nüvə anlaşması müqaviləsi mütləq bir sənəddir və bütün dövlətlər ona hörmətlə yanaşacaq. Təbii ki, qarşı tərəf də öz vədlərini yerinə yetirməlidir. Önəmli olan budur ki, bu gün nüvə anlaşmasının icrasında nə etmişsiniz?
O əlavə edib: Nüvə anlaşmasının icrasının vətəndaşlarımız üçün təsiri nə olmuşdur? Hazırda vətəndaşlardan "nüvə anlaşmasının gündəmdə olmasının iqtisadiyyatda düyünün açılması mənası deməkdirmi? soruşduqda, əksəriyyətin fikri budur ki, bu proses düzgünlüyü ilə həyata keçirilməyib.
Prezidentliyə başqa namizəd Seyid Mustafa Ağa Mirsəlim də bu barədə deyib: Bu Nüvə Anlaşması dünyada bizim məzlumluq sədamızı dünyaya çatdırdı. Bu yaxşı addım idi. Dünya xalqları anladılar ki, biz nüvə silahı ardınca deyilik. Bu yaxşı addımdır. Biz həmişə nüvə biliyi ardıncayıq və onu buraxmayacağıq. Müzakirələr və hazırlanan mətn baxımından və İranla dünyanın 6 supergücü arasında anlaşma əldə olunduğu halda, necə ola bilər ki, müzakirələrdən öncə bizim fəxrli nüvə biliyimiz vardır, sanksiyalar da vardır, müzakirələrdən sonra təəssüflər olsun ki, sanksiyalar gücləndirilir və nüvə biliyi üçün məhdudiyyət qalır?
Başqa bir məsələ, prezidentliyə namizəd kimi sizcə, biz gələcəkdə İran xalqının hüququ olan nüvə biliyindəki hüququ, imzalanan nüvə anlaşması çərçivəsində xalqın haqlı hüququ öz öhdəliklərini yerinə yetirməyən qarşı tərəfin qarşısında necə icra etmək olar? Bu hüququ necə tətbiq etmək olar, hansı yollarımız vardır? Mənim hal-hazırda müşahidə etdiyim vəziyyətlə təəssüflər olsun ki, biz çoxlu sayda alimlərimizi işsiz etdik və obyektlərə beton tökdük, digər tərəfdən də sanksiyalar qarşısında nə edəcəyimizi bilmirik. Hələ də sanksiya və bank problemləri qalmaqdadır.
Hazırkı prezident və 2-ci dövr üçün prezidentliyə namizəd Həsən Ruhani bu barədə deyib: Nüvə anlaşması qəbul olunan bir anlaşmadır. Vətəndaşlar bilməlidirlər ki, çoxlu əmək sayəsində Nüvə Anlaşması əldə olunmuşdur, yəni bütün nüvə sanksiyaları ləğv olunub.
Əgər Nüvə Anlaşması olmasaydı, bizim neftimiz bir milyon barel yerinə, 200 min barel olardı. Siz bu gün bu vədləri hansı əsasda verirsiniz? Halbuki heç bir hesablanmış proqram yoxdur.
Prezidentliyə başqa namizəd Seyid Mustafa Haşimitəba da deyib: Biz böyük qüdrətlər tərəfindən sanksiya olunmuşduq. Nüvə anlaşmasının problemləri vardır. Yəqin ki, hər bir anlaşmada problemlər vardır. Hər bir hökumət ikitərəfli və ya çox tərəfli anlaşmada öz xeyrinə faydalanmaq istəyir.
Müharibə zamanındakı hökumət kimi, gələcək hökumət də ölkəni idarə edə bilər, sanksiyalar dövründə də belə bir işi görməli idik.
Hazırkı vitse-prezident və prezidentliyə namizəd İshaq Cahangiri nüvə anlaşması və öz hökumətinin siyasəti haqda deyib: Bizim nöqsanlarımızın olması mümkündür və onları aradan qaldırmağı qəbul edirik. İnqilab tarixi boyunca, ən uğurlu və önəmli işlərdən biri Nüvə Anlaşmasıdır. Biz öz nüvə hüququmuzu qeydə aldıq. Biz sanksiyaları İrandan qaldırdıq. Biz İranofobiyanı İrana dostluğa çevirdik.
Nüvə Anlaşmasının nailiyyəti bunda idi ki, biz bu gün fəxrlə deyirik ki, ölkəmiz inkişafa hazırdır. Biz bir milyon barel neft yerinə hazırda 2,5 milyon barel neft ixrac edirik. Bizim neft-kimya ixracatımız 30% artıb. Əlbəttə amerikalıların öhdəliyə xilaf çıxmasını da etiraf edirik.
Bütün namizədlərin yekdil qəbul etdiyi məsələ bu idi ki, gələcək hökumət beynəlxalq öhdəliklərə sadiq qalacaq. Lakin öz təbii haqqını ciddi şəkildə müdafiə edəcək.
İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) də daxili qüvvəyə arxalanmaq və xarici asılılığı kəsməyi vurğulamışlar: Şübhəsiz İslam İnqialbının ömrünü davam etdirməsinin rəmzi həmin qələbə rəmzidir. Və qələbə rəmzini xalq bilir və gələcək nəsillər tarixdə oxuyacaqlar ki, onun əsas iki dayağı İlahi motivasiya və islam hökumətinin ali məqsədidir. Və bütün ölkədə motivasiya və məqsəd üçün vəhdətlə xalqın kollektivliyi.
Bəlli olduğu kimi, islam dünyasında mərkəz olaraq İslami İranda seçkilər istər daxildə, istərsə də xaricdə hamının diqqət mərkəzindədir. Elə buna görə, xüsusi önəm kəsb edir.