İyul 21, 2018 13:42 Asia/Baku
  • İnqilab Rəhbəri: Regional iştirak İranın qüdrət və təhlükəsizlik elementlərindəndir

İslam İnqilabının Böyük Rəhbəri bu gün İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmiləri, səfirləri və müvəqqəti işlər vəkilləri ilə görüşdə deyiblər: Regional iştirak İranın qüdrət və təhlükəsizlik elementlərindəndir və ölkənin strateji dayağı sayılır, bü üzdən, düşmənlər onunla müxalifdirlər.

Həzrət Ayətullahuluzma Xamenei Amerikanın İranın nüvə bacarığı, yüksək zənginləşdirmə qüdrəti, eləcə də regiondakı iştirakı ilə müxalifətinin onların islami quruluşun iqtidar elementləri ilə dərin düşmənçiliklərindən irəli gəldiyini bildirib və belə qeyd ediblər: Amerikalılar İslam İnqilabından öncə İrandakı mövqeləri və yerlərinə geri dönməyin ardıncadırlar və bundan aza da razı olmayacaqlar.

İslam İnqilabının Böyük Rəhbəri çoxtərəfli, xüsusən ikitərəfli əlaqələrin genişləndirilməsini və regional qurumlara xas diqqəti zəruri adlandırıb və belə əlavə ediblər: İranın xaricdəki səfirləri və nümayəndələri xalqın və ölkənin imkan və qabiliyyətlərindən xəbərdar olmalıdırlar.

O həzrət avropalılar və qərblilərin keçmiş müstəmləkələrdəki cinayətlərinə, Qərbdə demokratiyanın qaydalar və ya xas mərkəzlərin nəzəri ilə məhdud olmasına, Amerikada və bəzi Avropa ölkələrində partiya diktaturasının mövcud olmasına, eləcə də qərblilərin hazırkı cinayətlərinə, o sıradan Yəmən xalqının qırğın olunmasında səudiyyəlilərlə əlbir olmalarına toxunaraq, deyiblər: Qərblilər insan haqlarının pozulmasının simvoludurlar, amma tam həyasızlıqla İranı ittiham edirlər. Belə ki, insan onların həyasızlıqlarının şiddətindən yerində donub qalır.

Həzrət Ayətullahuluzma Xamenei  ölkə rəsmilərinin Amerikanın etimadedilməz olmasına dair ardıcıl təkidlərinə işarə edərək, əlavə ediblər: Mən keçmiş zamanlardan bəri bu cəhəti qeyd etmişəm ki, amerikalıların sözləri və hətta imzaları üstündə hesab açmaq olmaz. Buna görə, Amerika ilə müzakirənin heç bir faydası yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri İranda istifadə olunmamış və ya az istifadə olunmuş imkanların fəallaşdırılmasını mühüm adlandıraraq, deyiblər: Avropalılarla müzakirələr kəsilməsin, amma Avropa paketinin intizarında olmaq lazım deyil, əksinə ölkə daxilində bir çox vacib işləri görmək lazımdır.

Teqlər