İnqilab Rəhbəri İslam dünyasının vəhdəti və yekdilliyini vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri vəhdəti, yekdilliyi və söz birliyini İslamın fitnələr üzərində yeganə qələbə yolu adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İran İslam Respublikası quruluşunun məsul şəxslərindən bir qrupu, islami ölkələrin səfirləri, 32-ci Beynəlxalq İslami Vəhdət Konfransının qonaqları və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə ziyalılara və din alimlərinə xitabən vurğulayıblar: Bacardığınız qədər regionda müqavimət və islami oyanış hərəkətini gücləndirin, zira regionun yeganə nicat yolu, bu təfəkkür və əhval-ruhiyyənin genişlənməsidir.
Həzrət Ayətullahuluzma Xamenei qüdrətlərin müsəlman xalqların oyanışından qorxmalarına işarə edərək, deyiblər: İslamın insanların qəlbləri və ruhlarına hakim kəsildiyi hər yerdə dünyanın zalım qüvvələri şillə alıb və bir daha bu regionda şillə alacaqdır.
O həzrət həmçinin İslam və Qurana tabe olmaq əvəzinə, Amerikanın dalınca düşən bəzi region ölkələrinə işarə edərək, belə qeyd ediblər: Amerika öz imperialist təbiətinə görə, bu ölkələri təhqir edir və hamının gördüyü kimi Amerikanın boşboğaz prezidenti səud hökmranlarını "südlük inəy"ə bənzətdi.
İslam İnqilabının Böyük Rəhbəri bu kimi təhqirləri Ərəbistan xalqına və regionun müsəlman xalqlarına qarşı hörmətsizlik adlandırıb və belə əlavə ediblər: Bəzi islami ölkələrin hökmranları Fələstin və Yəməndəki iki cinayətkar hərəkətdə Amerikaya qoşuldular, amma mütləq qələbə, Fələstin xalqı və Yəmən xalqı ilə olacaq və Amerika və onun dalınca düşənlər bu məsələlərdə məğlubiyyətə uğrayacaqlar.
Həzrət Ayətullahuluzma Xamenei Amerika və sionist rejimin regiondakı qüdrətlərini əvvəlkindən çox zəif adlandırıb və belə deyiblər: Sionist rejim bir neçə il bundan öncə 33 gündən sonra Livan Hizbullahı qarşısında məğlub oldu, iki il sonra fələstinlilər qarşısında təkcə 22 gün davam gətirdi ki, bu müddət sonrakı Qəzzə müharibəsində 8 günə çevrildi və ötən həftə Fələstin müqaviməti qarşısında iki gündən sonra məğlubiyyətə uğradı ki, bütün bu hallar sionist rejimin günbəgün artan zəifliyinin nişanəsidir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin bütün çətinliklərə və təzyiqlərə rəğmən, İran xalqının 40 il müqavimət göstərməsinə işarə edərək, vurğulayıblar: Amerika və sionist rejim qələt eləyirlər, İran xalqını təhdid edirlər.