İnqilab Rəhbəri Ayətullah Haşimi Şahrudinin vəfatı münasibəti ilə başsağlığı verdilər
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri Ayətullah Haşimi Şahrudinin vəfat etməsi münasibəti ilə başsağlığı veriblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı bir müraciətdə Ayətullah Haşimi Şahrudirinin vəfatını kədərləndirici və təəssüfləndirici hal adlandırıb və deyiblər: Bir il sürən ağır və çətin xəstəliyin ardınca baş verən bu böyük itki onun elmi dərəcəsi və İslam Quruluşuna habelə, dini elmlər hövzəsinin fiqh, üsul və hüquq bölmələrinə olan xidmətləri ilə tanış olanlar üçün bir acıdır.
İnqilab Rəhbəri Ayətullah Haşimi Şahrudini Qum dini elmlər hövzəsində böyük müəllim, İslam Respublikası quruluşunda ən önəmli strukturda sədaqətli işçi, Konstitusiyanın icrasına nəzarət üzrə Negəhban Şurasında təsirli üzv və Quruluşun Məsləhət Şurasında uğurlu sədr kimi yad ediblər.
İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudi bir il sürən ağır xəstəliyin ardınca dünən bazar ertəsi 70 yaşında vəfat etdi.