Apr 23, 2019 22:54 Asia/Baku

İran İslam Respublikası Silahl Qüvvələrinin Ali Baş Komandanı dünən axşam İslam İnqilabı Keşikçiləri Korpusunun yeni baş komandanına briqada generalı rütbəsi veriblər.

Yüksək rütbəli hərbi və polis rəsmilərinin iştirak etdikləri bu mərasimdə Həzrət Ayətullahuluzma Xamenei Sepah-ın baş komandanına briqada generalı rütbəsini verəndən sonra ümidvarlıq ediblər ki, briqada generalı pasdar Səlami yeni vəzifədə təşəbbüs, həmçinin yeni əhval-ruhiyyə və nəfəslə hərəkət edərək, irəli gedəcəkdir.

İran İslam Respublikası Silahl Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bir hökmdə Sepah komandanlığındakı dəyərli və yaddaqalan xidmətlərinə görə briqada generalı pasdar Mohəmməd Əli Cəfəriyə təşəkkür edərək, general pasdar Hoseyn Səlamini İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı təyin ediblər.

Teqlər