May 08, 2019 08:59 Asia/Baku
  • Zərif: İran nüvə anlaşmasından çıxmayacaq

İranın xarici işlər naziri dünən gecə Tehranın ABŞ-ın qanunsuz hərəkətlərinə reaksiyada çıxardığı yeni qərarları nüvə anlaşması çərçivəsində adlandırıb və deyib ki, İran İslam Respublikası bu beynəlxalq anlaşmadan çıxmayacaqdır.

Məhəmməd Cavad Zərif Moskvaya daxil olarkən bildirib ki, Amerikanın ötən bir il boyu, xüsusən nüvə anlaşmasından çıxmazdan və çıxandan sonra atdığı addımlar bu beynəlxalq anlaşmanın işinin davam etməsində fasilə yaratmaq üçün olubdur. O, qeyd edib ki, İran Amerikanın bu siyasətini başa düşərək, indiyədək strateji təmkinlilik və səbirlə davranıbdır, amma təəssüflə, Avropa Birliyi və beynəlxalq ictimaiyyətin yerdə qalan üzvləri Amerikanın təzyiqləri qarşısında dayanmaq üçün bu qüdrətə malik olmayıblar.

Zərif əlavə edib: Bu əsasda İran məsləhət bilibdir ki, nüvə anlaşmasında könüllü surətdə yerinə yetirdiyi bəzi öhdəlikləri və atdığı bəzi addımları hələlik icra etməsin.

İranın hazırda nüvə anlaşması çərçivəsində hərəkət etdiyini bildirən Zərif əlavə edib: Bu, digər üzvlərin sırf olaraq bəyanat verməklə kifayətlənmək yerinə, lazımi addımlar atmaları üçün bir fürsətdir.

Teqlər