May 12, 2019 23:14 Asia/Baku
  • Almaniyanın xarici işlər naziri: Avropa Birliyi nüvə anlaşmasına ehtiyaclıdır

Almaniyanın xarici işlər naziri dünən "Bild" nəşri ilə müsahibədə deyib: Avropa Birliyi İran İslam Respublikası ilə nüvə anlaşmasının davamına ehtiyaclıdır.

Hayko Maas bildirib ki, Avropa və Berlin nüvə anlaşmasının qorunmasını istəyirlər.

Hayko Maasın nüvə anlaşmasının Avropa üçün olan önəmi barədəki sözləri elə bir halda söylənibdir ki, Avropa üçlüyü indiyədək bu beynəlxalq anlaşmanın qorunması istiqamətində heç bir real addım atmayıbdır.

Almaniya, İngiltərə və Fransa ABŞ-ın nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarına zəmanət verərək, bu anlaşmanı qoruyacaqlar. Bu ölkələr Amerikanın hərəkəti qarşısında şifahi və siyasi formada dayansalar da indiyədək həmin anlaşmanın qorunması üçün vəd verdikləri real addımlarda bir uğur qazanmayıblar.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Trampın bu hərəkəti geniş daxili və beynəlxalq pislənmələrlə üzləşibdir.

 

Teqlər