İyun 08, 2019 19:35 Asia/Baku
  • Zərif: Amerika 2231 saylı qətnamə barədəki şərhini başqalarına qəbul etdirə bilməz

İranın xarici işlər naziri Amerika ilə onun müttəfiqlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini öz istədikləri kimi şərh etmək üzrə səylərinə cavab olaraq, onların, nəzərdə tutduqları şərhi başqalarına qəbul etdirməyə qadir olmadıqlarını vurğulayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü twitter-dəki şəxsi səhifəsində Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq, nüvə anlaşmasından çıxdığını vurğulayaraq, yazıb: Birləşmiş Ştatlar və onun müttəfiqləri Yəmən xalqının öldürülməsi üçün təcavüzkarlara milyonlarla silah verdikləri bir halda, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin raket bəndinə dair şərhlərini başqalarına qəbul etdirməyə qadir deyillər.

Zərif BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin İranın raket fəaliyyətləri həyata keçirməsini qadağan etmədiyini qeyd edib. Bildirib ki, İran raketləri nüvə silahları üçün nəzərdə tutulmayıbdır.

Ölkəsi nüvə anlaşmasını imzalamış və indiyədək bu beynəlxalq anlaşmanın icrası üçün öz öhdəliklərini yerinə yetirməmiş tərəflərdən biri olan Fransa preizidenti dünən axşam ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında deyib: Paris və Vaşinqton İran qarşısında ortaq məqsədlərə malikdirlər və nüvə anlaşması maddələrinin genişləndirilməsi üçün yeni müzakirələr başlanmalıdır.

Tramp da bu mətbuat konfransında bir daha İran İslam Respublikasına qarşı ittiham və iddialarını təkrar edərək, deybdir ki, İranın nüvə silahı olmamalıdır.

Trampın bu sözləri elə bir halda söylənibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək on beş dəfə İranın nüvə fəaliyyətlərinin dincməqsədli və İran İslam Respublikasının nüvə anlaşmasına sədaqətli olduğunu təsdiq edibdir.

.

Teqlər