İyun 30, 2019 13:15 Asia/Baku

Parisin şimalında iki ildən bir keçirilən Borce hava-kosmos beynəlxalq sərgisinin işinin başa çatması və bağlanmış müqavilələrin sayının yayılması Avropa Airobusu-nun amerikan Boeinq-i arxada qoymasından söz açır.

Verilişin müddəti :  00:02:10

Tarix :       30-06-2019

 

----------------------------------------------------------------------------------------------------

Bu beynəlxalq bazarda iki ənənəvi rəqib, yəni Boeinq və Airobus ən yeni naliyyətlərlə qarşı-qarşıya durublar. Bununla belə, Boeinq-737 Maks təyyarəsi üçün, özü də beş ay ərzində iki hadisənin baş verməsi, bu amerikan aviasiya şirkətinin etibarını şübhə altına alıbdır.

346 müsafirin və ekipaj üzvünün həlak olması Boeinq-in simasını daha da pozubdur. Bu məsələ bais olub ki, bütün 737 Maks modelləri fəaliyyətdən düşsünlər və təqribən bütün dünya ölkələri bu tip təyyarələrin onların səmasında uçmalarına dair lisenziyaları ləğv ediblər.: Bizim hamımız üçün mürəkkəb və çətin bir dövr arxada qalıb. Boeinq şirkəti iki ölümcül hadisə ilə ağır zərbələr alıbdır. Bizim texniki qrupumuz hadisə günündən bəri bu məsələ ilə əlbəyaxadır. Ümid edirik ki, müştərilərin yanındakı keçmiş etimadı əldə etmiş olaq.

Borce aviasərgisinin məsul şəxslərinin bildirdiklərinə görə, Airobus aviasiya şirkəti 140 milyard dollar dəyərində 363 ədəd sifarişlə özünün köhnə rəqibi, 292 ədəd sifarişli Boeinq-i qabaqlayıbdır.

Airobus aviasiya sənayesinin uzaq mənzilli A-321 XLR tipli yeni modeli 226 ədədlə bütün sifarişlər arasında müştərilərin yanında daha yaxşı cazibəyə malik olubdur.

Boeinq-737 Maks təyyarəsinin süqut etməsi xəbərləri builki Borce sərgisinin mühitinə kölgə salmışdı.

Bu aviasiya şirkətinin başçıları deyirlər ki, mart ayından bəri şirkətin ofisində heç bir sifariş qeydə alınmayıbdır.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər