Avq 10, 2019 14:11 Asia/Baku
  • Dünya müsəlmanlarının Vəliyyi-Əmri Həzrət Ayətullahül-uzma Xameneinin Həcc müraciəti

Dünya müsəlmanlarının Vəliyyi-Əmri Həzrət Ayətullahül-uzma Xameneinin Həcc müraciəti

بسم الله الرّحمن الرّحیم

 

والحمدلله ربّ العالمین و صلّی الله علی رسوله الکریم الامین، محمّد خاتم النّبیّین، و علی آله المطهّرین سیّما بقیّة الله فی الارضین، و علی اصحابه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

Hər il Həcc mövsümü Pərvərdigarın İslam Ümmətinə olan rəhmətinin vəd yeridir. Quranın « وَ اَذِّن فِی النّاسِ بِالحَج» çağırışı tarix boyu hamının bu rəhmət süfrəsinə dəvət olunmasıdır ki, onlar tam mənəvi atmosferdə ürəkləri, canları, baxış və müdrik düşüncələri ilə onun bərəkətlərindən feyzyab olsunlar və hər il Həccin dərsləri və əxz olunan təlimləri xalqların müəyyən hissəsi tərəfindən bütün İslam Dünyasına çatsın.

Həccdə fərd və camiənin tərbiyəsi və yetkinləşməsində əsas ünsür sayılan zikr və bəndəlik iksiri vahid Ümmətin simvolu olan vəhdət və toplantı şəklində vahid bir mərkəzin ətrafında hərəkətə gələrək və Tövhidə əsaslanan simvolik ortaq hədəfə xidmət edərək və Həcc zəvvarlarının birlik və bərabərliyini nümayiş etdirərək hər hansı ayrı-seçkilikdən uzaq, fürsətlərin ümumiləşdirilməsidir. Və bu mənzərə İslam camiəsinin kiçik miqyasda əsl təməllərinin məcmusunu göstərir. Həcc əməllərində ehram, təvaf, səy, vüquf, rəmi, hərəkət və dayanmaq İslamın ideal bir toplumdan təsvir etdiyi rəmzi işarələrdir.

Ölkələrin və bir-birindən uzaq bölgələrin xalqları arasında fikir və bilgi mübadiləsi, təcrübələr və məlumatların ümumiləşdirilməsi, müsəlmanların bir-birinin halından xəbər tutması, anlaşılmazlıqların aradan qaldırılması, könüllərin bir-birinə yaxınlaşması və müştərək düşmənlərlə qarşılaşmaq üçün potensialların üst-üstə qoyulması Həccin böyük həyati nailiyyətidir ki, yüzlərlə adi toplantı ilə onu əldə etmək mümkün deyildir.

Bütün qəddarlıqlara, sitəmlərə, kobudluqlara və zəmanənin taqutlarına qarşı nifrəti, eləcə də bütün dövrlərdəki müstəkbirlərin və hegemonçu qüvvələrin zorakı hərəkətləri və bac almaları qarşısında müqvimət rəmzi olan Bəraət mərasimi Həccin böyük bərəkətlərindən biri və məzlum müsəlman xalqları üçün yaratdığı fürsətdir. Bu gün ABŞ başda olmaqla şirk və küfr cəbhəsindən bəraət elan etmək məzlum qırğınına və müharibəpərəstliyə yox demək mənasındadır. İŞİD və Amerikanın Black water şirkəti kimi terror ocaqlarını pisləmək mənasındadır. İslam Ümmətinin uşaq öldürən Sionist Rejimin və onun himayədarlarının başına hayqırtısıdır. Amerikanın və onun həssas Qərbi Asiya və Şimali Afrikadakı əlaltılarının müharibəni körükləmələrini pisləmək mənasındadır ki, xalqların əzab və əziyyətini pik həddə çatdırıb və hər gün onları ağır müsibətlərlə üzləşdirir. İrqçiliyə, coğrafiya, soy və dərinin rənginə görə ayrı-seçkiliyə nifrət mənasındadır. Təcavüzkar və fitnə salan böyük güclərin İslamın səslədiyi şərafət, nəciblik və ədalət məfhunları qarşısında özündən göstərdiyi xəbis və hegemonçu rəftarlarına nifrət etmək mənasındadır.

Bunlar İbrahimi Həccin bərəkətləri sırasındadır ki, Əsl İslam bizləri ona çağırmışdır. Və bu, İslam camiəsinin amallarının mühüm hissəsinin simvolu olaraq hər il müsəlman xalq kütlələri vasitəsilə, Həccin rejissorluğu ilə əzəmətli və məzmunlu bir tamaşa formalaşdırır, açıq ifadə ilə hamını belə bir camiənin yaranmasına səsləyir.

İslam Dünyasının ziyalıları; o cümlədən hazırda Həccə qatılmış bir qrupunun üzərinə ağır məsuliyyət düşür. Bu dərslər onların səyi və təşəbbüskarlığı ilə xalqlara və ictimai fikrə çatdırılmalı, onların vasitəsilə düşüncələr, mənəvi təcrübələr və biliklərin mübadiləsi reallaşmalıdır.   

Hazırda İslam Dünyasının başlıca məsələlərindən biri Fələstin məsələsidir ki, ayrı-ayrı məzhəb, soy və dilə malik olan müsəlmanların siyasi məsələlərinin başında dayanır. Son əsrlərin ən böyük zülmü Fələstində baş vermişdir. Bu acınacaqlı macərada bir xalqın torpağı, evi, əkin sahəsi, bütün əmlakı, hörmət və mentaliteti müsadirə olunumuşdur. Lakin bu xalq Allahın köməyi ilə məğlubiyyəti qəbul etməyib və bu gün dünənkindən artıq şövq və şücaətlə meydandadır. Amma nəticə qazanmaq üçün bütün müsəlmanların yardımına ehtiyac var. Zalım Amerika və onun xain müttəfiqləri tərəfindən ortaya atılmış “Əsrin sövdələşməsi” adlı iyrənc plan təkcə Fələstin xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayətdir. Biz hamını düşmənin bu məkrini və hiyləsini boşa çıxarmağa çağırırıq. Əminik ki, Allahın köməkliyi ilə həmin plan, habelə İstikbar cəbhəsinə aid bütün planlar Müqavimət cəbhəsinin səyi və imanı bərabərində fiaskoya uğrayacaqdır.

 

قال الله العزیز: اَم یُریدونَ کَیدًا فَالَّذینَ کَفَروا هُمُ المَکیدون. صدق الله العلیّ العظیم.

Rəbbimizdən bütün möhtərəm hacıların müvəffəqiyyətini, sağlamlığını və ibadətlərinin qəbul olmasını təmənni edirik.

 

Seyid Əli Xamenei

14 mordad 1398

3 zilhəccə 1440

 

 

Teqlər