Milli Şura 2 noyabr mitinqini təxirə salıb
https://azeri.sahartv.ir/news/Özəl-i351472-milli_Şura_2_noyabr_mitinqini_təxirə_salıb
Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2019 16:17 Asia/Baku

Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.

Bu barədə Azadlıq Radiosuna oktyabrın 31-də qurumun Koordinasiya Mərkəzindən bildiriblər. Oradan deyiblər ki, onlar Milli Şuranın sədrinin müraciətini müzakirə edərək belə qərar veriblər.

Milli Şura noyabrın 2-si aksiya keçirmək məqsədilə BŞİH-ə ötən həftə müraciət göndərmişdi. Onlar aksiyanın keçirilməsindən ötrü Bakıda iki yer təklif etmişdilər.

Milli Şura bundan əvvəl oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-a yaxın şəxsə inzibati həbs cəzası verildiyi açıqlanıb.