İnqilab Rəhbəri: General Soleymaninin şəhadəti amillərini sərt intiqam gözləyir
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhadətilə bağlı başsağlığı verərək, vurğulayıblar: Öz çirkin əllərini onun və dünəngecəki hadisənin digər şəhidlərinin qanlarına bulaşdırmış cinayətkarları sərt intiqam gözləyir.
Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər bu müraciətdə belə qeyd ediblər: İllər boyu dünyanın şər qüvvələri və şeytanları ilə mübarizə və illər boyu Allah yolunda şəhadət arzusu, nəhayət, əziz Soleymanini bu yüksək dərəcəyə çatdırdı və onun pak qanı ən qəddar insan təbəqəsi tərəfindən yerə axıdıldı.
O həzrət əlavə ediblər: Şəhadət bu illər boyu general-leytenant Soleymaninin ardıcıl səylərinin mükafatı idi və onun getməsilə onun işi və onun yolu dayanmayacaq və bağlanmayacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri bildirib ki, şəhid Soleymani müqavimətin beynəlxalq simasıdır və müqavimətin bütün vurğunları onun qanının intiqamını alacaqlar. O həzrət söyləyiblər: Bütün dostlar, eləcə də bütün düşmənlər bilsinlər ki, müqavimət cihadı xətti ikiqat stimulla davam edəcək və qəti qələbə bu mübarək yolun mübarizlərinin intizarındadır.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Bizim fədakar və əziz generalımızın itirilməsi kədərlidir, lakin mübarizənin davam etdirilməsi və yekun qələbəyə nailolma, qatillərin və cinayətkarların ovqatını daha da təlx edəcəkdir.
İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: İran xalqı yüksək dərəcəli şəhid general-leytenant pasdar Qasem Soleymaninin və onunla yanaşı olan şəhidlərin, xüsusən İslamın böyük mübarizi- Əbu Məhdi Əlmuhəndisin adları və xatirələrini yad edəcək və mən, ölkədə üç gün ümumi matəm elan edirəm.
General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.