Yan 08, 2020 14:05 Asia/Baku
  • Amerikanın bölgədəki pozğun iştirakına son qoyulmalıdır
    Amerikanın bölgədəki pozğun iştirakına son qoyulmalıdır

İslam İnqilabının Böyük Rəhbəri Qum əhalisi ilə görüşdə deyiblər: Dünən gecə amerikalılara bir şillə vuruldu, amma intiqam başqa bir məsələdir. Amerikanın bölgədəki pozğun iştirakına son qoyulmalıdır.

O həzrət bu çıxışın bəzi hissələrində əziz şəhid Hacı Qasem Soleymani barədə belə deyiblər: Düşmənlərinin yaxşı bildikləri onun şücaəti və tədbirindən bir nümunə, bəlkə də bəzi dostlar bilməmiş olsun, bu idi ki, o, region xalqlarının köməyilə və ya region xalqlarına etdiyi köməklərlə Amerikanın Qərbi Asiyadakı qanunsuz planlarını zərərsizləşdirdi. O, onların iri məbləğdə pulları, diplomatiyaları və xüsusən zəif ölkələr qarşısındakı zorakılıqları ilə müşayiət olunan planlarını zərərsizləşdirdi.

Teqlər