Fev 21, 2020 10:25 Asia/Baku
  • İnqilab Rəhbəri: Seçkilər ölkənin milli maraqlarına zəmanət verir
    İnqilab Rəhbəri: Seçkilər ölkənin milli maraqlarına zəmanət verir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Seçkilər ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli mənafeyinə maraq göstərənlər seçkilərdə iştirak etsinlər.

Həzrət Ayətullahuluzma Xamenei İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkilərinin ilk saatında öz səslərini səs qutularına salaraq, söyləyiblər: Əvvələn, seçkilər günü milli şənlik günüdür. Bu şənlik münasibətilə bütün ölkədəki əzizlərimizi təbrik edirəm. İkincisi, bu gün, xalqın vətəndaş haqqının reallaşması günüdür. Üçüncüsü, şəri bir borcdur.

O həzrət vurğulayıblar: Həqiqət budur ki, seçkilər ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli mənafeyinə maraq göstərənlər seçkilərdə iştirak etsinlər.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Mənim tövsiyəm budur ki, əvvələn, hamı ciddi-cəhdlə hərəkət etsin və gəlib, qənaətə gələrək, nəzərdə tutduğu şəxslərə səs versin və bu işi tez bir zamanda görsün ki, bu, bizim həmişəki tövsiyəmizdir.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Allah-Taaladan istəyirik ki, İran xalqına uğur və xeyir versin. Öz mərhəməti və bərəkətini bu xalqa göndərsin və seçkiləri bu ölkə üçün xeyir və bərəkət mənbəri qərar versin.

 

 

Teqlər