AİP sədr əvəzinə 4 aylıq həbs cəzası verildi
Mart 02, 2020 20:33 Asia/Baku
İslaminSesi xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin tərəfindən saxlanılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib.
Hacı İlham Əliyevə cinayət məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bu barədə Hacı İlham Əliyevin ailəsinə məlumatı dövlət tərəfindən təyin olunan 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasova verib.
Məlumatda deyilir ki, AİP –in sədr əvəzi Hacı İlham Əliyevin şəxsi vəkili Osman Kazımov məsələ ilə bağlı ətraflı açıqlama verəcək.
Vəkilin açıqlamasından sonra ictimaiyyətə geniş məlumat veriləcək