İlham Əliyev: "Korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır"
İlham Əliyev: "Korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır"
Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.
Bunu Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən bildirib.
Əliyev qeyd edib ki, O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər.
KORRUPSİYA İLƏ BAĞLI TƏDBİRLƏR SİSTEM XARAKTERİ DAŞIYIR