Mart 09, 2020 23:57 Asia/Baku
  • Amerika yalan deyir, İran xalqı bu günləri unutmayacaq

İranın neft naziri ABŞ hökumətinin dərman və ərzaq idxalında İranın məhdudiyyətinin olmaması haqdakı iddiasını böyük yalan adlandırıb. Vurğulayıb ki, İran xalqı bu günləri unutmayacaq.

Bijən Namdar Zəngəneh bu gün yayılan Blumberq informsaiya kanalı ilə müsahibədə Amerikanın neft, neft məmulatları, neft-kimya məhsulları, dəmir və mis satışı sahəsində İrana qarşı qanunsuz sanksiyalarına toxunub. Bildirib ki, Amerika İranın koronavirusla üzləşmə kimi son dərəcə çətin şəraitinə rəğmən, İran xalqına qarşı hərəkətlərini davam etdirir.

Amerika belə bir şəraitdə təkcə İranın dövlətinə qarşı deyil, həm də İran xalqının əleyhinə addım atır- deyən Zəngəneh söyləyib: Amerika İran xalqı üçün bir çox çətinliklər yaradıb və bu məsələ gələcəkdə beynəlxalq bir məhkəmədə qaldırılmalıdır.

İranın xarici işlər naziri Məhməməd Cavad Zərif də bundan qabaq belə demişdi: Dünya bundan artıq, hazırda tibbi terrorizmin də üstünə gəldiyi Amerikanın iqtisadi terrorizmi qarşısında susmamalıdır. O, sonra söyləmişdi: İran vətəndaşlarının koronavirus nəticəsində həyatlarını itirdikləri bir halda, Amerika İranın bu virusla mübarizə üçün ehtiyac duyduğu mənbələri aradan götürmək məqsədilə qanunsuz sanksiyaları şiddətləndirməkdədir.

 

ABŞ YALAN DEYİR, İRAN XALQI BU GÜNLƏRİ UNUTMAYACAQ

Teqlər