Mart 12, 2020 19:29 Asia/Baku
  • Çin İrana qarşı sanksiyaların ləğvini istəyib

Çin Xarici İşlər Nazirliyinin insan haqları üzrə xüsusi nümayəndəsi İrana qarşı birtərəfli sanksiyaların ləğvini istəyib.

Çin Xarici İşlər Nazirliyinin insan haqları üzrə xüsusi nümayəndəsi Lio Hua dünən Cenevrədə keçirilən BMT-nin İnsan Haqları Şurasının 43-cü iclasında nüvə anlaşmasının bütün tərəflərindən, xüsusən ABŞ-dan istəyibdir ki, İran xalqı ilə bağlı insan haqlarının bundan da artıq pozulmasının qarşısını almaq üçün təcili şəkildə Tehrana qarşı birtərəfli sanksiyaları ləğv etsinlər.

Lio Hua konfrans iştirakçılarına üzünü tutaraq, bildirib ki, əlaqədar ölkələrin razılığı olmadan xarici mexanizmlərin qəbul etdirilməsi dialoqa və həmkarlığa gətirib çıxarmır, həmçinin insan haqlarının qorunması və yüksəldilməsində bir rola malik deyildir.

Çin Xarici İşlər Nazirliyinin insan haqları üzrə xüsusi nümayəndəsi sonra bildirib ki, hazırkı dövr İranın dövləti və xalqının koronavirus epidemiyası ilə mübarizəsində həssas bir dövrdür. O, deyib: Çin bu epidemiya ilə mübarizə üçün sınaq şüşələri və lazım olan digər tiibb ləvazimatlarının, həmçinin könüllü ekspertlərdən ibarət qrupun İrana göndərilməsi sahəsində əlindən gələni edir və bütün tərəflərdən istəyir ki, koronavirus epidemiyasının qarşısını almaq üçün İranla həmkarlıqlarını gücləndirsinlər.

ÇİN İRANA QARŞI SANKSİYALARIN LƏĞVİNİ İSTƏYİB

Teqlər