Apr 02, 2020 21:59 Asia/Baku
  • Şayiə yaymaq düşmənin acizliyinin nişanəsidir

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru müqavimət cəbhəsi döyüşçülərindən bir qrupunun şəhid edilməsinə dair şayiələrə reaksiyada deyib ki, şayiə yaymaq düşmənin zəifliyi və acizliyinin kulminasiya nöqtəsinin nişanəsidir.

Çərşənbə axşamı günü axşamçağı regionda ərəb-ibri-qərb mehvərinin tabeliyində olan bəzi medialar tərəfindən yalan bir xəbər yayıldı. Bu xəbərdə deyilirdi ki, Sepah-ın Qüds qüvvələrinin komandanı general Esmail Qaani və İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru briqada generalı Əhmədreza Purdəstan sionist rejimin Suriyaya qarşı raket hücumunda şəhid olublar.

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru briqada generalı Əhmədreza Purdəstan dünən IRIB ilə müsahibədə sonra belə deyib: Düşmən real mühitdə bir iş görə bilmədiyi üçün virtual mühitdən istifadə edir və şayiə yaymaqla çalışır ki, insanların zehinlərinə xələl gətirmiş olsun.

General Purdəstan söyləyib: Düşmənin şayiələrdən istifadə etməsi onu göstərir ki, İran İslam Respublikasının silahlı qüvvələri necə bir qabiliyyətə, qüdrətə və bacarığa malikdirlər və düşmən onların varlığından nə qədər qorxu hissi keçirir.

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru şəhadəti İslam döyüşçülərinin ən yüksək arzusu adlandırıb və belə vurğulayıb: Ordunun və Sepah-ın döyüşçüləri İran İslam Respublikası quruluşunun qüdrəti istiqamətində lazımi hazırlıqlara malikdirlər və əgər düşmən bir hərəkət etmək istəyərsə, onu öz hərəkətindən peşman edəcəklər.

 

ŞAYİƏ YAYMAQ, DÜŞMƏNİN ACİZLİYİNİN NİŞANƏSİDİR

 

Teqlər