Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb
Apr 13, 2020 12:28 Asia/Baku
Azərbaycan Respublikasında tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir.
NAXÇIVANDA İNDİYƏDƏK 71 NƏFƏRDƏ COVID-19 AŞKARLANIB