Apr 20, 2020 18:42 Asia/Baku
  • Netanyahu və Qantsa qarşı aksiya keçirilib

İşğal olunmuş Fələstin ərazilərinin minlərlə sakini nazirlər kabinetinin təşkili prosesinin uzanmasına və koronavirus şəraiti ilə bağlı zərərə düşməsinə görə, dünən Təl-Əvivdə aksiya keçirdi.

Dünya mediaları Təl-Əviv şəhərinin bir neçə meydanında aksiya keçirən etirazçıların sayını on minlərlə nəfər elan ediblər.

Bu mediaların bildirdiklərinə görə, etirazçılar sionist rejim başçılarından istəyiblər ki, koronavirusa görə tətbiq olunmuş məhdudiyyətlərə son qoyaraq, bu şəraitdən zərər çəkən şəxslərə qrant ödəsinlər.

Bir ildən çoxdur ki, sionist rejim nazirlər kabinetinin təşkili böhranı ilə üz-üzədir. Əksəriyyət səslə yeni baş nazirin seçilməsi üçün parlament seçkilərinin üç dəfə keçirilməsi nəticə vermədi və koronavirus böhranı da ona əlavə oldu.

NETANYAHU VƏ QANTSA QARŞI AKSİYA KEÇİRİLİB

 

 

Teqlər