SEPAH-ın komandanı: Fars körfəzində hər hansı təhdidə güclü cavab verəcəyik
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Fars körfəzinin təhlükəsizliyi İranın təhlükəsizlik strategiyalarından hesab olunur və bu regionda hər hansı təhdidə sürətlə və qətiyyətlə cavab verəcəyik.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı General Hüseyn Səlami Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb və Qişm adalarına baxışı zamanı bu ərazilərdəki qüvvələrin hazırlıq vəziyyətini araşdıraraq deyib: Amerikanlara deyirik ki, milli təhlükəsizliyimizi, su sərhədlərimizi, müdafiə qüvvələrimizi və gəmiçiliyin təhlükəsizliyini müdafiə etməkdə tam əzmkar və ciddiyik və hər hansı təxribatçı hərəkətə qəti cavab verəcəyik.
General Səlami deyib: SEPAH-ın dəniz bölmələrinə Amerikanın terrorçu qüvvələrinin hərbi bölməsi yaxud gəmisi, mülki gəmilərin yaxud İranın döyüş qayıqlarının təhlükəsizliyini pozarsa onu hədəfə almaları əmri verilib.
ABŞ prezidenti Donald Tramp dünən tvitter-də İrana qarşı çərənləyərək, yazıb ki, bu ölkənin dəniz qüvvələrinə Amerika gəmiləri üçün problem yaratmaq istəyən İran qayıqlarını hədəfə almaq əmri veribdir.