Apr 24, 2020 21:40 Asia/Baku
  • Bu gün İİR, bir fövqəlgücdür
    Bu gün İİR, bir fövqəlgücdür

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, bu gün İran İslam Respublikası bir fövqəlgücdür və Amerika və ondan böyüyü də heç bir qələt eləyə bilməzlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacizadeh dünən gecə İranın 2-ci telekanalı ilə söhbətdə sonra deyib ki, İranın kosmos texnologiyası heç bir ölkənin İranı hədələmək cürətinə malik olmayacağı bir tərzdə inkişaf edir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı İranın İraqdakı amerikan «Əynuləsəd» bazasına qarşı hücumuna toxunub və belə deyib: İran bu bazanı hədəfə aldığı gün, güman edirdi ki, amerikalılar cavab verəcəklər, amma onlar bir iş görməyə cürət etmədilər.

General Hacızadeh Nur peykinin kosmosa göndərilməsi barədə isə belə deyib: İran kosmosda iştirak etmədən hərbi və mülki sahələrdə bir çox imkanlardan məhrum olacaq, amma hazırda dəqiq işləyən və hər 90 dəqiqədən bir, yer ətrafında fırlanan Nur peykinin kosmosa göndərilməsi ilə İranın bir çox müdafiə ehtiyacı təmin edildi.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı vurğulayıb: Kosmik bacarığa çatan bir ölkə fövqəlgüclər sırasında durur və amerikalıların fəryad etmələri göstərir ki, İran İslam Respublikasının planı baş tutubdur.

 

BU GÜN, İİR BİR FÖVQƏLGÜCDÜR

 

Teqlər