May 22, 2020 14:09 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri bütün Fələstin ərazilərində cihad meydanının genişləndirilməsi və mübarizənin davam etdirilməsi vacibliyini vurğulayıb və belə qeyd ediblər: Şübhəsiz, sionizm virusu çox çəkməz ki, gənclərin ciddi-cəhdləri, imanları və qeyrətləri ilə bu bölgədən qoparılıb, kənara atılacaqdır.

Verilişin müddəti : 00:30:00

Tarix : 2020/05/22

 

-------------------------------------------------------

SaharAzeri xəbər verir: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Ümumdünya Qüds günü münasibətilə etdikləri çıxışda İslam İnqilabının qələbəsindən sonra Fələstin üçün, mübarizədə yeni bir fəslin açılmasına, mübarizlərin xeyrinə güc tarazlığının dəyişməsinə və müqavimət cəbhəsinin zühur etməsinə işarə edərək, hazırkı böyük və müqəddəs cihadın davam etdirilməsi barədə yeddi mühüm tövsiyə ediblər.

Fələstin mövzusunu sırf fələstinli və ya maksimum ərəb məsələsinədək məhdudlaşdırmamaq, bütün Fələstin ərazisinin azad edilməsi və bütün fələstinlilərin öz ölkələrinə geri dönmələri, Qərbin zalım güclərinə, onların tabeliyində olan təşkilatlara, həmçinin onların arxasınca düşən regiondakı bəzi abırsız ərəb hökumətlərinə etimaddan çəkinmə, İslam Dünyasındakı qeyrətli gənclərin ciddi tələb və istəkləri, təhlükəli və zərərli reallıqlarla mübarizə, bütün Fələstin ərazilərində cihad meydanının genişləndirilməsi və mübarizənin davam etdirilməsi və bütün fələstinli dinlər və qövmlərdən referendumun keçirilməsi, Həzrət Ayətullahuluzma Xameneinin yeddi mühüm tövsiyəsi idi.

İslam İnqilabının Böyük Rəhbəri Ümumdünya Qüds gününün təyin edilməsini İmam Xomeyni(r.ə)-in sayıqcasına təşəbbüsü, həmçinin məzlum Fələstin və Qüdsi-Şərif barədə səs-səsə vermək üçün müsəlmanların qovuşma halqası adlandırıb və xalqların Qüds gününü rəğbətlə qarşılamalarına işarə edərək, deyiblər: İmperializm və sionizimin ümdə siyasəti, müsəlmanların zehnində Fələstin məsələsini əhəmiyyətsiz etmək və onu unutqanlığa doğru yönəltməkdir. Amma ən təcili vəzifə, bu xəyanətlə mübarizədir və mütləq müsəlman xalqların günü-gündən artan sayıqlıqları, özünəinam hissləri və qeyrətləri onun unudulmasına icazə verməyəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və Seyyid Abbas Musəvidən tutmuş İslamın böyük sərkərdəsi və Müqavimətin unudulmaz siması şəhid Qasem Soleymani və böyük iraqlı mübariz şəhid Əbu Məhdi Əlmuhəndisə və digər Qüds şəhidlərinədək bütün Qüds şəhidlərinin xatirələrini yad edərək, belə qeyd ediblər: Fələstin ölkəsinin qəsb edilməsi və xərçəng şişi olan sionizmin təşkili faciəsinin əsas amili və müqəssiri, Qərb hökumətləri və onların şeytani siyasətləri olubdur; mütləq şəkildə gedəsi olan məsələ, sionist rejim və sionizmdir.

BÜTÜN FƏLƏSTİNDƏ CİHAD MEYDANI GENİŞLƏNSİN

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər