General Mayor Qudərzi sərhəd qoşunlarına komandan təyin edilib
https://azeri.sahartv.ir/news/Özəl-i362802-general_mayor_qudərzi_sərhəd_qoşunlarına_komandan_təyin_edilib
General Mayor Əhmədəli Qudərzi İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2020 09:48 Asia/Baku
  • General Mayor Qudərzi sərhəd qoşunlarına komandan təyin edilib

General Mayor Əhmədəli Qudərzi İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

SaharAzeri xəbər verir,Polis informasiya portalının verdiyi məlumata görə, İranın Nizam-İntizam Qüvvələrinin komandanı General Mayor Hüseyn Əştərinin təklifi və İİR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullahül-üzma Xameneinin təsdiqi ilə General Mayor Qudərzi İİR Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı təyin olunub. 

General Mayor Əhmədəli Qudərzi öncə Nizam-İntizam Qüvvələrinin komandan əvəzi vəzifəsində fəaliyyət göstərirdi.

General Mayor Qudərzi General Mayor Qasim Rzayini əvəz edir.