İyun 12, 2020 19:22 Asia/Baku
  • Sietl etirazçıların əlinə keçib

CNN telekanalı cümə günü səhər tezdən belə xəbər verdi: Amerikada sağ təmayüllü medialar deyirlər ki, “Antifa” qrupunun tabeliyində olan yarımhərbçilər Sietl şəhərinin bəzi hissələrini öz əllərinə keçiriblər, amma yerli rəsmilər başqa bir rəvayət söyləyiblər.

SaharAzeri xəbər verir, BMT-nin etirazçıları müdafiə istiqamətindəki tənqidi ifadələri və mövqe tutması hazırda daha çox aşkar olubdur.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru deyir: Amerikada koronavirusdan ölənlərin sayı tezliklə 200  min nəfərə çatacaq.

BMT Baş Assambleyasının sessiyası bu il hər il keçirildiyi zamanda keçirilməyəcək.

BMT-nin əsas qərargahı Nyu-Yorkun Manhetten bölgəsindədir- dünyada ən təhlükəli koronaviruslu nöqtələrdən birində.

Etirazlar və sosial məsafəyə riayətin edilməməsi də yoluxma hallarını artırıbdır.

Dünən gecə belə bir vəziyyətdə Sietlin süqutundan əsəbiləşən Tramp dalbadal tvitlər yazırdı. Şəhəri geri almaq üçün merin sürətli reaksiya göstərməsini istəyirdi.

Merin cavabı isə belə oldu: Yaxşı olardı ki, sən öz sığınacağına qayıdasan. Belə görünür ki, onun təhdidləri azı, etirazçıların bir hissəsini daha artıq təhrik edir.

Siyasi məsələlər üzrə analitik Sender Hayks deyir:

m.k- O, elə bir adamdır ki, kitab oxumur. Əhali ilə söhbətlərində də elə hey öz sözünü deyir.

Amerika prezidenti Amerika Mərkəzi Bankı direktorunun xəcalətindən də çıxıbdır.

Pauel dünən Amerikanın milyonlarla işsizin sunamisinə düçar olduğunu bildirdi və borc və büdcə çatızmazlığını tarixi hadisə adlandırdı. Tramp indi tvit yazıb ki, onlar adətən yanılırlar və onun öz fikri vardır. Hər şey əla olacaq.

Nümayəndələr palatasının sədri və Trampın seçki rəqibi Bayden deyirlər ki, qarşıdan gələn seçkilərə görə nigarandırlar.

Nensi Pelosi istəyir ki, hamı səsvermə prosesində xələlə mane olmalıdır və Co Bayden bundan da irəli gedərək, deyir: Əgər Tramp məğlub olar və getməkdən imtina edərsə, ordu onu Ağ Ev-dən çıxarmalıdır.

Hazırda etirazların yeni dalğası iqtisadi böhran və koronavirusa qarışıbdır.

 

Teqlər