İyun 17, 2020 16:35 Asia/Baku
  • AEBA ABŞ-ın alətisına çevrilməməlidir

İranın xarici işlər naziri deyibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ABŞ tərəfindən nüvə anlaşmasının məhv edilməsi üzrə vasitəyə çevrilməməlidir.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransında Amerikanın beynəlxalq müqavilələr və orqanlardan çıxmasına işarə edib. Bildirib ki, İran daima tam şəffaflıqla Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə rəftar edib və agentliyin hesabatları da Tehranın özünün bütün öhdəliklərini yerinə yetirdiyini göstərir.

Zərif bildirib ki, İran/ sənədləri casusluq iddiaları olan araşdırmaların mövzusu olmamalıdır. O, vurğulayıb: Əgər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məntiqsiz üsullardan istifadə etmək istəyərsə, Tehran da münasib rəftar edəcəkdir.

İranın xarici işlər naziri sonra deyib: Əgər BMT katibliyi və agentlik katibliyi nüvə anlaşmasının məhvi istiqamətində hərəkət edərlərsə, bu, təəssüfləndirici bir hal olacaqdır.

İranın xarici işlər naziri həmçinin Astana iclasının keçirilməsi barədə özü ilə Lavrov arasındakı razılaşmaya işarə ilə belə qeyd edib: İran, Rusiya və İranın dövlət başçıları qarşıdakı Astana müzakirələrində vebinar formada üçtərəfli iclas keçirəcəklər.

Rusiyanın xarici işlər naziri də bu mətbuat konfransında Amerikanın nüvə anlaşmasına münasibətini tənqid edib və belə deyib: Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmağa çalışması icra perspektivinə malik deyildir.

 

Teqlər