İranın müdafiə sənayesi tərəqqi yolunda
https://azeri.sahartv.ir/news/Özəl-i363515-İranın_müdafiə_sənayesi_tərəqqi_yolunda
İranın müdafiə naziri deyib ki, İranın müdafiə sənayesi inkişafın uca zirvələrinə çatıb və müdafiə ehtiyaclarını yerli biliyə söykənərək, istehsal və təmin edir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 20, 2020 18:10 Asia/Baku
  • İranın müdafiə sənayesi tərəqqi yolunda

İranın müdafiə naziri deyib ki, İranın müdafiə sənayesi inkişafın uca zirvələrinə çatıb və müdafiə ehtiyaclarını yerli biliyə söykənərək, istehsal və təmin edir.

SəhərAzəri xəbər verir, Briqada generalı Əmir Hatəmi bu gün İranın müdafiə sənayesinin ötən dörd ildəki diqqətəlayiq irəliləyişlərinə toxunub. Bildirib ki, İran öz silahlı qüvvələrinin bütün ehtiyaclarını təhdidlərin növü ilə mütənasib şəkildə və modern yerli texnologiyalara və biliyə söykənməklə istehsal edir.

General Hatəmi qeyd edib ki, düşmən İranın xüsusən raket qabiliyyəti sahəsindəki hərbi qüdrəti və müdafiə gücündən son dərəcə qorxu və vahimə yaşayır.

O, deyib: Hegemonçu sistem zalımcasına sanksiyalar tətbiq etməklə İran xalqının qüdrəti və nailiyyətlərini məhdudlaşdırmağa və imkan yaranarsa, aradan götürməyə can atır.

İranın müdafiə naziri birlik və müqaviməti İslam İnqilabı düşmənlərinin fitnəkarlıqları ilə üzləşmədə İran xalqının qələbə rəmzi adlandırıb.