Sen 12, 2020 11:55 Asia/Baku
  • İran və Rusiya arasında qrup vizasının ləğvi üçün ilkin razılaşma

İran Turizm Ofisinin Baş direktoru, İran və Rusiya arasında Turizm Əməkdaşlığı üzrə Birgə Texniki Komitənin ilk iclasının keçirildiyini bildirib.

SəhərAzəri ISNA-ya istinadla xəbər verir, İranın turizm ofisinin ümumi əlaqələr baş idarəsinin direktoru İran-Rusiya turizm əməkdaşlığının ortaq texniki komitəsinin ilk iclasının keçirildiyini bildirib.
Məhəmməd Qasemi deyib: İki ölkə arasında vizasız qrup səyahəti müqaviləsinin icra planı bu komitənin iştirakçıları tərəfindən təsdiqləndi belə ki bu yaxınlarda İran nümayəndə heyətinin Rusiyaya səfəri ilə imzalanacaq.
Qasemi  Əlavə olaraq deyib: Qrup səyahəti vizalarının və onun əlavələrinin ləğvi üçün icra planı iki tərəf tərəfindən razılaşdırılmış və əməkdaşlığın təfərrüatları, sertifikat verən orqanlar, iki tərəfin turist şirkətləri və qurumların kimliyi, turist qurupları üzvlərinin sayı(5 nəfərdən 50 nəfərədək) müəyyən edilmişdir, bu razılaşmanın Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirinin bu yaxınlarda Rusiyaya səfəri zamanı imzalanması lazımdır.
Qasemi həmçinin deyib: İran nümayəndə heyətinin, bu proqramı və qrup səyahət vizalarını ləğv etmək üçün icra müqaviləsini imzalamaqdan başqa bir missiyası da var, Bu səfərlə eyni vaxtda, sənədin bəndlərindən birindəki müəyyən olunduğu kimi İran və Rusiyanın özəl turizm fəallarının B2B toplantısı keçiriləcəkdir.

Teqlər