Fev 19, 2021 21:24 Asia/Baku
  • ABŞ BMT-nin İrana qarşı sanksiyalarının qayıdışı iddiasını geri götürüb

ABŞ-nın BMT-dəki nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının sədrinə məktubda Amerikanın keçmiş hökumətinin BMT-nin İrana qarşı bütün sanksiyalarının geri dönməsinə dair iddiasını geri götürüb.

SəhərAzəri xəbər verir ki, Röyters xəbər agentliyinin Riçard Mils həmin məktubuna istinadla yazıb: Birləşmiş Ştatlar bu məktubda Donald Tramp hökumətinin BMT-nin İrana qarşı bütün sanksiyalarının geri dönməsinə dair iddiasından geri çəkilibdir.

Amerikanın keçmiş hökuməti 2020-ci ilin avqustunda, İrana qarşı silah sanksiyalarının uzadılmasında uğursuz qaldıqdan sonra BMT-nin İrana qarşı sanksiyalarını geri qaytarmaq üzrə nakam hərəkətlərə keçdi.

Bu geriyə çəkilmə elə bir haldadır ki, Co Baydenin başçılıq etdiyi Amerikanın yeni hökuməti Trampın İran qarşısındakı siyasətlərinin uğursuz qaldığını etiraf edib və bildiribdir ki, nüvə anlaşmasından birtərəfli şəkildə çıxmaq, Amerikanın beynəxalq təcridinə səbəb olduğuna görə, ölkəsini təhlükəsizlik şurasının da təsdiq etdiyi bu anlaşmaya geri qaytarmaq niyyətindədir.

Bununla belə, Bayden hökumətinin üzvləri son günlərdə deyiblər ki, onların nüvə anlaşmasına geri dönmələri İranın öz cavab addımlarından geri çəkilməsindən sonra baş tutacaqdır. Bu sözlər elə bir halda söylənir ki, Vaşinqton nüvə anlaşmasını pozaraq, birtəfərli surətdə ondan çıxıbdır.

Teqlər