Royan İnstitutunda üç tədqiqat və müalicə layihəsinin təqdimatı olub
Təbabətdə gen terapiyasının əhəmiyyəti və artan tətbiqi ilə bağlı Royan tədqiqat institutu gen terapiyası məhsullarının istehsalı üzrə mərkəz yaradıb.
SəhərAzəri xəbər verir ki, bu gün Royan İnstitutunda üç tədqiqat və terapevtik layihə təqdim olundu.
Bu kompleksdə gen terapiyası məhsullarının işə salınması və istehsalı üçün « Kara 19», ilk məhsul kimi nəzərdə tutulub. Kara, genləri ağ qan hüceyrələrinə köçürmək vasitəsilə xərçəng hüceyrələrini aşkar və məhv edən bir hüceyrə məhsuludur.
Transgenez kovya siçanı: Bu layihədə insan geni sınaq siçanına ötürülür və bu heyvanda virus infeksiyalarına keçiricilik yaranır. Belə ki, bu heyvan modelində xəstəliyin kəskin şəraitini simulyasiya etmək olar.
Beyin şişləri olan xəstələrdə immun hüceyrələri: Bu araşdırmada xəstənin ailə üzvlərindən birinin immun hüceyrələri ayrılır və öldürücü təbii hüceyrələr gücləndirilir ki, şiş hüceyrələrini hədəfə ala bilmiş olsunlar.
Əbdolhosseyn Şahverdi, Royan tədqiqat institutunun direktoru: Ümid edirəm ki, gələn il biz bu layihələrin heç olmasa bir mərhələsini başa çatdıracağıq. Mənə elə gəlir ki, tədqiqat layihələri peşəkarlıq səviyyəsinə çatıblar.
Royan İnstitutunun tədqiqatçılarından biri: İndiyədək xərçəng xəstəliyi ilə bağlı cərrahiyyə, radiasiya terapiyası və kimyəvi terapiya mövcud olub. Lakin əsas hüceyrələrdən sonra yeni bir qol meydana gəldi; o da xərçəngin bədənin immun hüceyrələri ilə müalicə edilməsidir.
Doktor Həmidreza Təyyebi, «Gənclər Evi»nin direktoru: İnşaallah, tibbin digər sahələrində yeni elmi-texniki nailiyyətlərin təqdimatının şahidi olacağıq. Belə olan halda, iqtisadiyyatımız milli istehsala söykənən startap bir iqtisadiyyat, istehsalımız isə elm və texnologiyanın inkişafına söykənən bir istehsal olacaq.
Sorena Səttari, elm və texnologiya üzrə vitse-prezident: İnşaallah, hamınızın uğur qazanması və Royan-ın ilbəil irəliləyişini görmüş olaq.