Okt 15, 2025 15:17 Asia/Baku
  • Ramiz Mehdiyev ev dustağı oldu –  AKTUAL

Bakı mediası mərhum prezident Heydər Əliyevin yaxın silahdaşı Ramiz Mehdiyevin həbsi barədə məlumat yayıb.

Xəbərlərə görə, ona Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb:

Maddə 278: Hakimiyyəti zorla ələ keçirmə və ya saxlama (yəni çevriliş və hakimiyyəti devirmə cəhdi),

Maddə 274: Dövlətə xəyanət,

Maddə 193: Qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması.

Bu maddələr arasında ən diqqətçəkəni “hakimiyyəti zorla ələ keçirmə və ya saxlama” ittihamıdır. Bu, faktiki olaraq çevriliş ittihamı sayılır.

Lakin “Yeni Müsavat” qəzetinin yazdığına görə, ittihamnamədə bu hadisənin Ramiz Mehdiyevin fəaliyyətinin hansı dövrünə aid olduğu göstərilməyib.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Prezident Administrasiyasına rəhbərlik edib və bu müddət ərzində hakimiyyətə xidmət göstərib.

Lakin 2019-cu ildə o, birdən birə vəzifəsindən azad olundu və bundan sonra ona qarşı Rusiya ilə əlaqədə olan qrupun rəhbəri kimi mənfi təbliğat başlandı.

Ramiz Mehdiyevin ev dustaqlığına alınması şok addım kimi qiymətləndirilir.

Bəzi media orqanları bu həbsi, yaxın keçmişdə Azərbaycanın neft-qaz sektorunda mühüm fiqur olan Adnan Əhmədzadənin həbsi ilə birlikdə, Rusiyaya qarşı güc nümayişi kimi təqdim edirlər.

“Yeni Müsavat” nəşri Ramiz Mehdiyevin həbsini hakimiyyət üçün böyük təhlükəsizlik qələbəsi və Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi kimi təqdim etməyə çalışıb.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Şərəf” ordeni ilə mükafatlandırıb.