Mart 07, 2022 15:11 Asia/Baku

Britaniyadan ilk hərbçi dəstə Rusiya ilə döyüşmək üçün Ukraynaya gəlib. Legionun Ukraynaya gəlişi videosunu “Azadlıq” radiosu yayıb.

Görüntülərdə bir neçə britaniyalının Ukraynaya gəldiyi görünür. Onlardan biri Ukraynaya gəlişini hər bir auditoriyanın emossiyalarını qıcıqlandıracaq formada şərh edir. 
Kameraya adını Cek təqdim edən hərbçi bu addımı dinc sakinlərin öldürüldüyünə görə atdığını iddia edərək guya Britaniya hərbçilərinin buna son qoyacaqları təssəvürünü yaratmağa çalışır. 
Xatırladaq ki, daha öncə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayaraq bildirmişdi ki, Böyük Britaniyanın keçmiş Kral Dəniz Piyadaları olan şəxslər Ukrayna xalqına kömək etmək üçün Ukraynaya gəliblər.

Teqlər