İyul 15, 2025 14:03 Asia/Baku

Azərbaycan Respublikasında real iqtisadi vəziyyət, həmçinin yaşayış səviyyəsinə dair əsas göstəricilərdən biri həmişə yoxsulluq faizi ilə ölçülüb. Həmin faizə ölkə əhalisinin minimum həyat səviyyəsi üçün tələb olunan maliyyə resursları və digər zəruri ehtiyaclara əli çata bilməyən hissəsi daxildir.

Azvizion portalı Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbr verir ki, ötən il ölkədə yoxsulluq artıb. Belə ki, 2023-cü ildə 247 manat olan yoxsulluq həddi ötən ilin sonunda 270 manat təşkil edib. Belə ki, bir il ərzində yoxsulluq həddində 23 manat, yəni 9,31% artım baş verib. Yoxsulluq həddinin artması, yəni 270 manata çatması bu kateqoriyaya daxil insanların sayının, yəni faizinin də yüksəlməsinə səbəb olub.

Bu vəziyyətin əsas səbəbi hər şeyin bahalaşmasıdır və proses əvvəlki dövrlərdən fərqli olaraq, davamlı xarakter daşıyıb və inflyasiya artıbdır. Prosesə dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin artırılması da təsir edib. Yaşayış imkanlarının çətinləşməsində idxalın getdikcə genişlənməsi də mühüm rol oynayıb və real olaraq oynamaqda davam edir. Bu tendensiyanin nəticəsində məşğulluq imkanları istər-istəməz daralmalı idi, daralıb da.

Bu özünü xüsusən, son 2-3 ildə daha çox büruzə verib.Görünən budur ki, ölkədə yoxsullaşma getdikcə artmaqda davam edəcək. Buna qlobal miqyasdakı vəziyyət, həm də daxili səbəblər təsir göstərir. Xüsusən də, şəhər yerlərində bu özünü daha yüksək tempdə büruzə verməkdədir. Burada konkret rəqəmlərə gəlincə bildirək ki, Azərbaycan Respublikasında yoxsulluq səviyyəsi 5.2–6 % arasında elan olunsa da, real yoxsulluq daha yüksək ola bilər. Və müstəqil ekspertlərin ümumi qənaətinə görə, bu göstərici reallıqda azı 2-3 dəfə artıqdır.Dünya Bankı Azərbaycanda neft gəlirlərindən asılılığın yoxsulluğun əsas səbəbi olduğunu bildirir.

O da qeyd olunur ki, neft sektoruna asılılıq qeyri-neft sahələrinin inkişafını məhdudlaşdırır.Əsas məqamlardan biri budur ki, hökumət sosial problemlərdən daha çox infrastruktur və beynəlxalq nüfuz layihələrinə diqqət ayırır, o cümlədən neft gəlirlərindən bir hissəsini ada ölkələrinə və ya Türkiyənin xəttiylə Suriyada yenicə müttəfiq olduğu Əl-Colani hökumətinin möhkəmlənməsinə xərcləməklə məşğuldur. Buna, Qarabağ münaqişəsinin bitməsinə və torpaqların azad edilməsinə baxmayaraq hələ də İsrail rekjimindən milyardlıq silah müqavilələrini də əlavə etmək lazımdır. Yeri gəlmişkən bildirək ki, "yoxsulluq xətti"nin hesablanmasında minimum istehlak səbəti əsas götürülür, bu da sosial reallığı tam əks etdirmir.Baku Research İnstitutu bununla əlaqədar bildirir ki, sosial yardım proqramları çox məhduddur və ehtiyac sahibi olanların böyük hissəsi sistemdən kənar qalır.

O da vurğulanır ki, regionlarda işsizlik və yoxsulluq paytaxtla müqayisədə daha yükəskdir. Belə ki, regionlarda infrastrukturun zəifliyi iş imkanlarının azlığına səbəb olur. Bundan əlavə neft sektoruna fokuslanma qeyri-neft sahələrinin inkiaşını əngəlləyir.Bununla yanaşı sosial proqramları idarə edən qurumlarda korrupsiya iddiaları var.

Eyni zamanda son 2-3 ildə gündəlik tələbat məhsullarının qiymətində müşahidə olunan ardıcıl bahalaşmalar aztəminatlı təbəqənin yoxsullaşmasına səbəb olub. Qeyd edək ki, Azərbaycanda yoxsulluq həddi adambaşına 270 manat götürülür. Yəni, 5 nəfərlik ailənin yoxsulluq həddində yaşamaması üçün ən pis halda 1350 manat aylıq gəlir olmalıdır. Lakin ailələrin əhəmiyyətli bir hissəsi üçün bu qədər gəlir əldə etmək çətindir. Xüsusən də, ailədə 1 nəfər işləyirsə. Ölkədə minimum əməkhaqqı 345 manat, orta əməkhaqqı isə 500-600 manat civarındadır. Bu isə, kiçik bir ailəni minimum səviyyədə təmin etmək üçün kifayət deyil. Bu səbəbdən hökumət məntiqlə iş yerlərinin artırılmasına, sosial müdafiənin gücləndiriməsinə, maaş və pensiya artımlarına daha ciddi yanaşmalıdır. İqtisadçı ekspertlər bildirirlər ki, ünvanlı dovlət sosial yardımı ilə bərabər, aztəminatlı ailələrə peşə və ixtisas təhsili, işlə təmin olunma və s. kimi tədbirləri nəzərdə tutan sosial reabilitasiya proqramlarının həyata keçirilməsi vacibdir. İqtisadçı Natiq Cəfərli bildirib ki, son 20 ildə qiymət artım

larını, inflyasiyanı nəzərə almaq lazımdır. İnsanların minimum təqaüd və minimum əməkhaqqısı artıb, amma inflyasiyanı nəzərə alsaq, bu, real artıma çevrilibmi, bu məsələdə ciddi suallar yaranır".İqtisadçının qənaətinə görə, ölkədə işsizlik və yoxsulluqla bağlı statistik göstəricilər bir çox hallarda reallığı əks etdirmir: "Çünki Azərbaycanda daha qəliz qeydiyyat sistemi mövcuddur. Bir çox ölkələrdə bu avtomatlaşdırılır. Bizdə isə işsiz kimi qeydiyyata düşmək özü də bir işdir".N.Cəfərli Azərbaycanda rəsmi iş yerlərinin sayının azlığına diqqət çəkir: "Bizdə muzdla çalışanların sayı cəmi 1.7 milyondur. Amma ölkədə əməkqabiliyyətli insanların sayı 6 milyona yaxındır. Təbii ki, o demək deyil ki, yerdə qalanların hamısı işsizdir, ancaq real işsizlik rəqəmlərini ölçmək mümkün deyil".Beləliklə də aydın olur ki, respublikada real yoxsulluq və işsizlik səviyyəsi rəsmi rəqəmlərdən yüksəkdir.