Rusiya qatarları bu ölkə ərazisindən Ermənistana yük daşıyacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i422094-rusiya_qatarları_bu_ölkə_ərazisindən_ermənistana_yük_daşıyacaq
Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.
(last modified 2025-10-27T06:04:59+00:00 )
Okt 27, 2025 10:01 Asia/Baku
  • Rusiya qatarları bu ölkə ərazisindən Ermənistana yük daşıyacaq

Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.

APA yazır ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Rusiyalı rəsmi deyib ki, çox maraqlı irəliləyişlər əldə olunub. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir.

Onun sözlərinə görə, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər verilib.

Overçuk qeyd edib ki, tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaranıb.