Okt 27, 2025 13:41 Asia/Baku
  • Klanlararası savaş yeni mərhələyə qədəm qoyur? - ŞƏRH

Ramiz Mehdiyevin vurulması sadəcə bir nəfərin və ya ailənin vurulması deyil, həm də bir klanın vurlmasıdır.

Sürixdə mühacirətdə yaşayan jurnalist Elbəy Həsənlinin araşdırmaları göstərir ki, naxçıvan-ermənistan klanının Xaç Atası məhz Ramiz Mehdiyev olub. Bu səbəbdən mahiyyətdə Mehdiyevin vurulması son 50-60 ildə Azərbaycanda at oynatmış naxçıvan-ermənistan klanının sıradan çıxması ilə nəticələnəcək. Elə proses də buna doğru gedir.

Bununla belə müəllif qeyd edir ki, son 50-60 ildə yuxarı başda oturmuş naxçıvan-ermənistan klanını bakı-şirvan klanının sıradan çıxarması o qədər də asan məsələ deyil. Və şübhəsiz ki, yaxın gələcəkdə naxçıvan-ermənistan klanı revanşa əl atacaq və itirdiyi yüksəklikləri geri almağa qeyrət göstərəcək. Bu proses də Azərbaycanda ciddi qarşıdurmalara gətirəcək.

Elbəy Həsənlinin qənaətincə, feodal təfəkkürdən doğan klançılıq Azərbaycanı təhlükəli bir dalana sürükləyir. Əslində Azərbaycanda siyasi mübarizə iqtidarla-müxalifət arasında yox, iqtidarın daxilindən vurulub kənara atılmaqda olan naxçıvan-ermənistan klanı ilə bakı-şirvan klanı arasında gedəcək. Bu mübarizə isə Azərbaycana yaxşı bir şey vəd etmir.

Jurnalist hesab edir ki, böyük idarəçilik təcrübəsi olan, siyasi baxımdan yetkin naxçıvan-ermənistan klanının əlində 10 milyard dollarlarla vəsait var. Bu vəsait Azərbaycanı silkələyə və zəlzələ effekti doğura bilər. Ramiz Mehdiyevin vurlmasından sonra ortadakı müvazinət pozulsa, kalanlararası savaş yeraltı-yerüstü sərvətlər uğrunda mübarizəni alovlandıracaq.