İranın gimnastika və cüdo komandası İslamiadada 2 bürünc medal qazandı
May 14, 2017 11:58 Asia/Baku
-
İranın gimnastika və cüdo komandası İslamiadada 2 bürünc medal qazandı
İranın IV İslam Həmrəyliyi Oyunlarına ezam olunan gimnastika və cüdo idmançıları rəqibləri qarşısında qalib gələrək iki bürünc medala layiq görülüblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, İranın gimnastika üzrə ezam etdiyi komanda bu gün Hadi Xənnarinejad, Səid Rza Keyxah və Saman Mədəninin çıxışı ilə üçüncü yeri tutub.
İranın yığması bu idmanda Türkiyə və Azərbaycandan sonra üçüncü yeri tutub.
-66 kq çəki dərəcəsində iranlı cüdoçu Əlirza Xocəstə Heydər Əliyev idman kompleksində qazaxıstanlı rəqibini məğlub edərək bürünc medala layiq görülüb.
Teqlər