May 24, 2015 15:34 Asia/Baku
  • Xürrəmşəhrin azadlığı
    Xürrəmşəhrin azadlığı

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, Xürrəmşəhrin azad edilməsi İranın region və dünyadakı milli qüdrəti və başıucalığının zirvəsini göstərirdi.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Şəmxani Tehranda çıxan İran qəzetinin bugünkü sayının qeydində yazıb ki, xordadın üçü, Xürrəmşəhrin azad edilməsinin ildönümü günü regional və beynəlxalq təcavüzkarların tarixi məğlubiyyətləri üçün müttəfiq xalqın qüdrəti və əzəmətini xatırladır.
Şəmxani sonra bildirib: İrana təcavüz edənlər öz hamiləri ilə yanaşı, İslam İnqilabı haqda düzgün təhlilə malik olmayıblar və İslam İnqilabını zəiflətmək və regionun coğrafiyasının strateji dəyişikliyi ardınca olublar, amma İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in əvəzsiz komandanlığı onları bu təcavüzdə və hədəflərində məğlub etdi.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb ki, Xürrəmşəhr İran xalqının müqavimət və şücaəti tarixinin unudulmaz simvoludur və bu qəhrəmanlığı yaradanlar Xürrəmşəhrin azad edilməsindən otuz üç ilin keçməsilə cihad və müqavimət meydanında inqilbçı əzmkarlıq və müqavimətlə dayanıblar.
Şəmxani əlavə edib: Təhlükəsizliyin qorunması və İranı təhlükəli etmək ardınca olan təcavüzkarların əlinin kəsilməsi Xürrəmşəhri dünyanın zalım qüvvələrinin çəkmələri altından çıxarmış şücaət və müqavimətin bərpasını tələb edir.

Teqlər