May 25, 2015 09:05 Asia/Baku
  • Abbas İraqçı - İranın baş nüvə müzakirəçisi
    Abbas İraqçı - İranın baş nüvə müzakirəçisi

İranın nüvə müzakirə komandasının baş üzvü deyib ki, İslam Şurası Məclisinin qapalı iclasında hərbi mərkəzlərdən hər cür baxış və təftiş, habelə iranlı nüvə alimləri ilə müsahibə ilə müxalifət vurğulanıb.

İran XİN-in Baş Media Diplomatiyası İdarəsinin məlumatına görə, İranın nüvə müzakirə komandasının baş üzvü Abbas İraqçı dünən onun İranın xarici işlər naziri ilə yanaşı İslam Şurası Məclisinin üzvləri ilə birgə iclası haqda deyib ki, bu iclasda o və Zərif altılıq ilə müzakirələrdə hər cür sui-istifadə yolunun bağlandığını vurğulayıblar.
İraqçı İslam Şurası Məclisinin üzvləri ilə söhbəti faydalı adlandıraraq, qeyd edib ki, əlavə protokolun qəbulu İslam Şurası Məclisinə aiddir və bu iclasda qeyri-nüvə saytlarına idarə olunan çıxış üçün əlavə protokolda prosedur qaydalar şərh olunub.
İraqçı deyib ki, əlavə protokolu icra edən ölkələrin casusluğun qarşısını almaq və öz nüvə, hərbi və sənaye informasiyalarını qorumaq üçün gördükləri mühafizə və təhlükəsizlik tədbirləri barədə İslam Şurası Məclisinin üzvlərinə lazımi izahatlar verilib.
İranın nüvə müzakirə komandasının baş üzvü həmçinin məclisin dünənki qapalı iclasında hərbi mərkəzlərin təftişinin qəbuluna dair onun adından nəql olunmuş xəbəri qeyri-düzgün adlandırıb və bu qeyri-düzgün xəbərin bəzi medialarda, xüsusən sionist medialarda əks etdirilməsinə toxunaraq, nüvə müzakirələrinin həssaslığı və mürəkkəbliyinə diqqətin vacibliyi, qeyri-düzgün xəbərlərin, həmçinin xüsusi və qapalı iclaslar barədə xəbərlərin yayılmasından çəkinməni vurğulayıb.

Teqlər