May 26, 2015 08:50 Asia/Baku
  •  Əli Rəhbəri
    Əli Rəhbəri

Tehran simfonik orkestrin direktoru Əli Rəhbəri Sülh simfonik orkestrinə dirijorluq üçün Nyu-Yorka dəvət olunub.

Səhər Beynəlxalq Televiziyasının Rudəki müəssisəsinin beynəlxalq və ictimai əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, Sülh simfoniyası BMT Baş Assambleyasının iclasının başlanması ilə eyni zamanda baş tutacaq.
Əli Rəhbəri verdiyi müsahibədə bildirib: Bu orkestrdə 18-26 yaşlar arasında dünyanın 70 ölkəsindən 200 gənc ifaçı iştirak edir. Tehra simfonik orkestrin direktoru bir neçə iranlı ifaçının da Nyu-Yorka səfər edəcəyini bildirərək əlavə edib: Bu konsertin adı "Sülh üçün dünya gənclərinin sədası" və şüarı isə "hər bir şəxsin səsi bir musiqi notudur" olacaqdır.
Bu konsert 27 sentyabrda Nyu-Yorkun Kornegi Hill zalında BMT-yə üzv ölkələrin dövlət başçılarının sammiti ilə eyni zamanda baş tutacaq.
Beynəlxalq heyət Dünya Filarmoniya Orkestrinin dirijoru olaraq Əli Rəhbərini dünya orkestri dirijorlarının ən yaxşıları arasından seçib.
Qeyd edək ki, Əli Rəhbəri sənətinin 40-cı ilini arxada qoymaqdadır. O bundan öncə 120-dən çox dünya orkestrinə rəhbərlik etmiş və Fransa və İsveçrədə orkestr rəhbərliyi beynəlxalq yarışlarında 2 mükafata layiq görülmüşdür. Habelə Belçika, Çexiya, Xorvatiya və İspaniyada incəsənət direktoru kimi çalışmışdır.

Teqlər