Rusiya və İran əlaqələrini güclənidirirlər
May 27, 2015 04:05 Asia/Baku
-
Rusiya-İran əlaqələri gücləndirilir
Rusiya baş nazirinin müavini Dmitri Roqozin İranın Moskvadakı səfiri Mehdi Sənayi ilə görüşdə iki ölkə əlaqələrinin gücləndirilməsini vurğulayıb.
İRNA-nın məlumatına görə, Sənayi və Roqozin dünən keçirilmiş bu görüşdə iki ölkənin elm, texnologiya və hərbi sahələrdəki həmkarlıqlarının son vəziyyətini nəzərdən keçiriblər.Görüşdə tərəflər iqtisadi, siyasi və hərbi münasibətlərin genişlənməsinin önəmini qeyd edərək, elm və texnologiya həmkarlıqları komitəsinin təşkilinin sürətləndirilməsi və onun ilk iclasının İran prezidentinin müavinin iştirakı ilə keçirilməsini vurğulayıb.
Teqlər