May 27, 2015 09:58 Asia/Baku
  • Həmid Bəidinejad - İran Xİ nazirinin müavini
    Həmid Bəidinejad - İran Xİ nazirinin müavini

İranın nüvə komandasının ekspertlər heyətinin sədri Vyanada keçirilən İran və altılığın ekspert iclasının birinci gününü faydalı adlandırıb.

Səhər kanalının məlumatına görə, İranın nüvə müzakirə komandasının üzvü Həmid Bəidinejad dünən İran ilə 5+1 qrupu arasında ekspert iclasının başa çatmasından sonra IRIB-ə deyib ki, iclasda faydalı bəhslə olub.
Əhatəli nüvə razılaşması mətninin yazılışının davam etdirilməsi üzrə danışıqlar bu gündən İran xarici işlər nazirlərinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançı və altılığın nümayəndəsi kimi Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidtin iştirakı ilə Vyanada bərpa ediləcək.
Ötən həftə də nüvə müzakirələri hüquqi, texniki və nüvə qruplarının iştirakı ilə üç gün Vyanda keçirildi.

Teqlər