May 27, 2015 12:51 Asia/Baku
  • General Əli Fədəvi: Fars Körfəzindən Oman dənizinədək olan məntəqə Sepah-ın raketlərinin çətiri altındadır
    General Əli Fədəvi: Fars Körfəzindən Oman dənizinədək olan məntəqə Sepah-ın raketlərinin çətiri altındadır

İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qoşunlarının komandanı deyib ki, Fars Körfəzi, Hörmüz boğazı, Oman dənizindən Hind okeanının şimalınadək olan bütün coğrafiyanı uzaq mənzilli quru-dəniz raketlərinin çətiri altında saxlayırıq.

Səhər kanalının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qoşunlarının komandanı sərkərdə Əli Fədəvi sürətli qayıqların milli konfransı kənarında müxbirlər qarşısında xarici qüdrətlərin Fars Körfəzi məntəqəsindəki hədələri ilə bağlı deyib ki, Fars Körfəzi, Hörmüz boğazı və İran İslam Respublikasının su hüdudları ən əmin-aman coğrafi məntəqələrdir və Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizində daha çox Amerikadan olan müxtəlif ölkələrin hərbi gəmilərinin iştirakına rəğmən, İran İslam Respublikası region ölkələri üçün tam təhlükəsiz məntəqə yaradıbdır.
Sərkərdə Fədəvi məntəqədəki döyüş və himayə gəmilərindən 40 ədədinin Amerikanın 5-ci donanmasının coğrafi hüdudlarında yerləşdiyini qeyd edərək, bildirib ki, İran İslam Respublikasının hakimiyyətinin Fars Körfəzi və Hörmüz boğazı məntəqələrində tətbiq olunması tam bir hakimiyyət tətbiqidir və dünyada ona təsir göstərə biləcək heç bir qüdrət mövcud deyil.
Dünən İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qoşunlarının komandanı bu qüvvələrin sürətli qayıqlarının sınaqdan keçirilməsindən xəbər verib.

Teqlər