May 27, 2015 13:38 Asia/Baku
  • İran və 5+1 qrupu razılaşmasının regiona təsiri
    İran və 5+1 qrupu razılaşmasının regiona təsiri

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İran ilə altılıq arasındakı razılığı təhlükəsizlik cəhətdən region və dünya üçün önəmli məsələ adlandırıb.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Nozər Şəfii Tehranda çıxan Arman qəzeti ilə müsahibədə İran ilə altılıq arasındakı müzakirələr barədə yazıb ki, region hadisələrinin nüvə müzakirələri ilə bir vaxtda sürətlənməsinə əsasən, belə görünür ki, nüvə razılaşmasının önəmi daha da artıbdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü bildiribdir ki, nüvə razılaşması regional olaylara müsbət təsir göstərəcək və regional məsələlərin təhlükəsizlik cəhətdən müdiriyyətinə də imkan yaradacaq.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü vurğulayıb ki, bu gün region yeni geosiyasi sistemə ehtiyaclıdır ki, nüvə razılaşması bu sistemə ciddi təsir göstərəcək.

Teqlər